27 Ekim 2015 Salı

Yumurtalı Kartof Qızartması

Ərzaqlar:


  • 2 kartof

  • 2-3 yumurta

  • duru yağ

  • Zövqə görə

  • duz, istiot



Hazırlanması:


  1. Kartofları soyub yuyun.

  2. Xırda-xırda doğrayıb bol yağda qızardın.

  3. Artıq yağı süzüb qırdığınız yumurtaları çalıb kartofun üzərinə hər tərəfinə bərabər şəkildə yayın.

  4. Təxminən 5 dəqiqə bişirin.

  5. Yumurtalı kartof qızartması hazırdır. duzu unutmayın.



Nuş Olsun!


Hakkında: Yumurtalı Kartof Qızartması Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.



Yumurtalı Kartof Qızartması

17 Ağustos 2015 Pazartesi

Şirin Xəmir

Ərzaqlar


  • Kərə yağı və ya Marqarin 125 qr.

  • Şəkər 90 qr

  • Duz bir çimdik

  • Yumurta 1 ədəd

  • Yumurta ağı 1 ədəd


Hazırlanması


  1. Bütün ərzaqları bir-birinə qarışdırın.

  2.  Yumurtaları qırın və yaxşıca yoğurun daha sonra top şəklinə gətirin.

  3. Üstünə basın və disk şəklini almasını təmin edin. Streçle örtün və 30 dəqiqə müddətinə soyuducuya qoyun.



Hakkında: Şirin Xəmiri dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.



Şirin Xəmir

16 Ağustos 2015 Pazar

Almalı Tart



Ərzaqlar


  • Alma – 600 q (4 ədəd)

  • Şəkər – 3 x.q

  • Şirin xəmir – 1 kg

  • (səhifənin sonunda resepti göstərilib)

  • İçi üçün: 

  • Marqarin yağı –  125 qr.

  • Şəkər – 100 qr

  • Yumurta 2 ədəd

  • Yumurta ağı 1 ədəd

  • Badam 125 qr.

  • Un 25 qr

  • Likör 4 x.q (badam və ya ərik çəyirdəyi ətirli İtalyan liköru və ya Kanya da ola bilər)


Hazırlanması


  1. Şirin Xəmir hazırlayın

  2. 2. Sobanı 170 C-yə tənzimləyin.

  3. Yağ və şəkəri kasaya qoyun və tamamilə qarışana qədər yoğurun daha sonra yumurtasını qırın.

  4. Yumurtalar yaxşıca qarışana qədər yoğurun, unu və badamı əlavə edin.

  5. yoğurmağa davam edin, daha sonra konyak və ya digər liköru əlavə edin.

  6. soyuducuda şirin xəmiri götürün və 1/2 incəliyində oxlovla yayın. Daha sonra yumru bir qaba yerləşdirin lakin çöldə qalan qisimləri kəsməyin. (şəkil 2)

  7. Hazırladığınız qarışığı yarısını dolduracaq şəkildə boçaldın qaba. Daha sonra bərkləşməsi üçün soyuducuya qoyun.

  8. Almaları şəkildəki kimi (şəkil 3) doğrayın, incə olmasına diqqət yetirin.

  9. kəsdiyimiz almaları hazırladığımız tartın üzərinə düzün, yerləşdirməyi bitdikdə üzərinə şəkər səpin.

  10. Hazırladığınız məhsulu 25-30 dəqiqəliyinə sobaya qoyun.

  11. Daha sonra sobadan çıxarın və 5 dəqiqə soyumaöa qoyun. Xəmirin çöldə qalan hissəsini iti bir bıçaqla kəsin. (şəkil 4)

  12. Səliqəli üçbucaq formasında kısib süfrəyə təqdim edin. Nuş olsun!



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.



Almalı Tart

15 Ağustos 2015 Cumartesi

Ürək Tortu

Ərzaqlar


  • 1 biskvit üçün:

  • 100 q şəkər tozu

  • 100 q un

  • 2 ədəd yumurta

  • 1 çimdik vanil

  • Krem üçün:

  • Kərə yağı

  • Qatılaşdırlımış süd

  • Vanil


Hazırlanması


  1. Yumurtanın ağını sarısından ayırırıq. Ağını mikserlə çalırıq.

  2. Şəkər tozu və vanili asta-asta əlavə edirək çalmağa davam edirik.

  3. Ağarandan sonra qaşıqla yumurtanın sarısını əlavə edib yenə çalırıq.

  4. Daha sonra unu və vanili əlavə edib, taxta qaşıqla astaca qarışdırırıq.

  5. 200 dərəcəyə kimi qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. 4 belə biskvit hazırlayırıq.

  6. Daha sonra yağı, qatılaşdırılmış südü və vanili mikserlə krem halına gələnə kimi çalırıq.

  7. 2 biskviti kremin köməyi ilə birləşdirib yapışdırırıq.

  8. Diş çöpünün hər başına bir ip bağlayıb, şəkildə gördüyünüz kimi birini mərkəzə batırırıq, o biri tərəfi ilə dairə çəkirik.

  9. Birinci 2 biskvitin üstündən dairə çəkilir və kəsilən üçkünc hissəni saxlayırıq.

  10. Kəsilən içliyi atmırıq. Qırmızı qida boyası ilə rəngləyirik və çəngəl ilə əzib xırdalayırıq.

  11. Ehtiyatla içliyi kəsilən yerə tökub doldururuq və saxladığımız üçkünc hissəni qırmızı içliyin ortasına yerləşdiririk.

  12. Əvvəl kəsilmiş üçkünc ortalığı içliyin ustunə – ortaya qoyuruq.

  13. Yerdə qalan iki biskviti də tortun üstünə qoyub kremləyirik. Nuş olsun!



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ürək tortu yumşaq olacaq.


 



Ürək Tortu

14 Ağustos 2015 Cuma

Xatirə Tortu

Ərzaqlar


  • Xəmir üçün:

  • Xama – 2 st.

  • Şəkər – 1,5 st.

  • Yumurta – 2 əd.

  • Nişasta – 3 x.q.

  • Araq – 3 ç.q.

  • Soda – 1,5 ç.q

  • Un – lazım olduğu qədər (təxminən 2 st.)Krem üçün: 

  • Un – 2 x.q.

  • Süd – 0,5 st.

  • Yağ – 100 – 150 q.

  • Konyak – 1 x.q.


Hazırlanması


  1. Bütün xammalları qarışdırıb, axırda nişasta və un tökün, qatı xamaya oxşar xəmir hazırlayın.

  2. Xəmiri iki hissəyə bölün, bir hissəyə iki çay qaşığı kakao tozu əlavə edin.

  3. Ağ və qəhvəyi xəmirlərin hərəsindən iki kökə bişirin.

  4. Soyuduqdan sonra aralarına krem çəkib, üst-üstə qoyun.

  5. Unu süddə tam həll edib, qarışdıra-qarışdıra bişirin, soyuduqdan sonra yumşaldılmış kərə yağına az-az qatıb, krem çalın.

  6. Kremə sonda konyak əlavə edin. Nuş olsun.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, xatirə tortu yumşaq olacaq.


 



Xatirə Tortu

13 Ağustos 2015 Perşembe

Qaragilə Piroqu

Ərzaqlar


  • 1,5 stəkan qaragilə

  • 4-6 x.q. şəkər tozu

    Xəmir üçün


  • 2 stəkan un

  • 200 qram kərə yağı və yaxud marqarin

  • 2-3 x.q. şəkər tozu

  • 1 ç.q. vanil şəkəri

  • Bir çimdik duz

  • 1 yumurta sarısı

    Şirə üçün:


  • 180-200 qram xama

  • 2 ədəd yumurta

  • 2-3 x.q. şəkər tozu

  • 1 ç.q. vanil şəkəri

  • 2 xəqə kartof nişastası

     



Hazırlanması


  1. Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin.

  2. Qaragiləni yuyub, təmizləyin.

  3. Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.

  4. Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin.

  5. 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin.

  6. Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin.

  7. Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.

  8. Piroqun şirəsini hazırlamağa başlayın.

  9. Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.

  10. Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.

  11. 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.

  12. İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz.

  13. Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qaragilə piroqu yumşaq olacaq.Nuş olsun!


 



Qaragilə Piroqu

12 Ağustos 2015 Çarşamba

Pizza-Pirojna

Ərzaqlar


  • Şəkərli peçenye xəmiri

  • 250 qram mikserlə çalınmış yağsız pendir

  • Stəkanın üçdə biri qədər şəkər pudrası

  • 1 çay qaşığı vanil

  • 1 xörək qaşığı su

  • Seçimə görə dilimlənmiş meyvələr


Hazırlanması


  1. Peçenye xəmirini pizza xəmiri kimi incə şəkildə açın.

  2. 12 dəqiqə 190 dərəcədə sobada bişirin və bişdikdən sonra kənarda soyumağa qoyun.

  3. Pendir, şəkər pudrası və vanili qarışdırın.

  4. Soyuyan xəmirin üzərinə incə təbəqə şəkilində yaxın.

  5. Meyvə dilimlərini xəmirin üzərinə yerləşdirin.

  6. Suyu qaynama nöqtəsinə gələnə qədər qarışdıraraq isidin.

  7. Fırçayla meyvələrin üzərinə sürtün.

  8. Bunun sayəsində meyvələrin rəngi qorunmuş olacaq.

  9. Süfrəyə təqdim etmədən əvvəl soyuducuda saxlayın.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, pizza-pirojna yumşaq olacaq.Nuş olsun!


 



Pizza-Pirojna

11 Ağustos 2015 Salı

Panforte

Ərzaqlar


  • 125 q fındıq

  • 125 q badam

  • 100 q ərik qurusu

  • 100 q əncir qurusu

  • 100 q qəhvəyi şəkər tozu

  • 60 q un

  • 40 q kakao

  • 2 ç.q. limon sedrası

  • 2 ç.q. darçın

  • 1/2 ç.q. zəncəfil tozu

  • 200 q bal

  • 40 q şəkər pudrası


Hazırlanması


  1. Formanın içinə perqament döşəyin,

  2. kərə yağı ilə yağlayın. Fındığı tavada qovurun, dəsmalın arasına qoyub ovuşdurun, qabığı təmizlənəcək.

  3. Fındığı, badamı iri, quru meyvələri xırda doğrayın, qarışdırın.

  4. Xırda doğranmış limon sedrası əlavə edin.

  5. Unu ədviyyat və kakao ilə qarışdırıb quru meyvə qarışığına əlavə edin.

  6. Tavada balı şəkər tozu ilə qarışdırın, vam odda şəkər tozu əriyənədək qızdırın.

  7. Qaynara düşəndə götürün, quru qarışığun üzərinə tökərək qarışdırın.

  8. Bu zaman cəld tərpənmək lazımdır, çünki kütlə tez qatılaşır.

  9. İçinə perqament döşənib yağlanmış formanın içinə tökün.

  10. Qaşıqla hamarlayın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

  11. Hazır piroqu formada soyudun, üzərinə şəkər pudrası səpin. Nuş olsun!



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, panforte yumşaq olacaq.


 



Panforte

10 Ağustos 2015 Pazartesi

Gavalı İlə Pirojna

Ərzaqlar


  • 1 st. un

  • 1 yumurta

  • 1 st. qatıq

  • 0,5 st. şəkər tozu

  • 1 dolu ç.q. qabartma tozu

  • 1-2 x.q. bal

  • Kremi üçün:

  • 300 q qatı xama

  • 1/3 st. şəkər tozu

  • 1 ovuc qara gavalı

  • Bəzək üçün:

  • 100 q qovrulub xırdalanmış qoz


Hazırlanması


  1. Biskvitin ərzaqlarının hamısını qarışdırın.

  2. Bal əlavə edin. Əgər bal qatıdırsa, onu bir az əridin.

  3. Hamısını eynicinsli kütlə alınanadək mikserlə çalın.

  4. Xəmiri 22-24 sm diametrli kənarları açılan qaba tökün, 190 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin.

  5. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

  6. Soyuyandan sonra ortadan iki bərabər yerə ayırın.

  7. Qara gavalını yuyub blenderdə xırdalayın, yaxud çox xırda doğrayın.

  8. Krem üçün xama ilə şəkər tozunu qarışdırıb mikserlə çalın.

  9. Stəkanla, yaxud başqa bir forma ilə korjlardan dairələr kəsin.

  10. Biskvitin artıqlarını blenderdə xırdalayın, pirojnaların üstünə vurmağa gərək olacaq.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, gavalılı pirojnanız yumşaq olacaq.Nuş olsun!



Gavalı İlə Pirojna

8 Ağustos 2015 Cumartesi

Ərikli Pirojna

Ərzaqlar


  • Yumurta- 4ədəd

  • Un-100 q

  • Şəkər tozu-200q

  • Kərə yağı-100 q

  • Qatılaşdırılmış süd-150 q

  • ərik mürəbbəsi-50 q


Hazırlanması


  1. Əvvəlcə şəkər tozu ilə yumurtanı bərk olana qədər birlikdə çalırıq.

  2. Sonra isə üzərinə un töküb yenə qarışdırırıq.

  3. Qaba töküb 210 °-də 30 dəqiqə bişiririk. Bişdikdən sonra onları kəsirik.

  4. Kremi hazırlamaq üçün yağı və qatılaşdırılmış südü çalırıq.

  5. Daha sonra 2 ədəd kəsdiyimiz hissəni götürürük, arasını kremləyib üzərinə ərik mürəbbəsi çəkirik.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ərikli pirojnanız yumşaq olacaq.Nuş olsun!



Ərikli Pirojna

7 Ağustos 2015 Cuma

Qozlu Tort

Ərzaqlar


  • 5 ədəd yumurta

  • 1 ədəd xama

  • 200 qr şəkər

  • 200 qr un

  • 1 ədə vanil

  • 1 ədəd qabartma tozu

  • Krem üçün:

  • 380qr qatılaşdırılmış süd

  • 350 qr yağ

  • 1 ədəd vanil

  • Pudra şəkəri

  • Kakao

  • Doğranılmış qoz


Hazırlanması


  1. Yumurtanın ağı sarısından ayrılaraq çalınır.

  2. Şəkər tozu az-az əlavə olunaraq çalınır.

  3. Yumurtanın sarısı əlavə olunur.

  4. Xamaya 1 çimdik soda əlavə edib qarışdırdıqdan sonra kütləyə əlavə olunur.

  5. Qarışdıqdan sonra un, vanil və qabartma tozu tökülür.

  6. Qarışdırılır əgər düyüm –düyüm qalarsa çırpıcı ilə qarışdırın 180 dərəcədə 20 dəqiqəyə bişir

  7. ilk 10-15 dəqiqə sobanın ağzını açmayın.

  8. Kremin hazırlanması: Otaq tempraturundakı yumuşalmış yağı qaynadılmış qatılaşdırılmış südü 5-6 x.q pudra şəkəri və vanili qarışdıraraq mikserlə yaxşıca çalın.

  9. Şəkildəki hazırladığım tort 2 biskvitlidir ,biskvitlərin arasına krem çəkdikdən sonra qoz səpin və ya kremlə qozu qarışdırın, kənarlarına da çəkin.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qozlu tortunuz yumşaq olacaq. Nuş olsun!


 



Qozlu Tort

6 Ağustos 2015 Perşembe

Şöbyet

Ərzaqlar


  • 1 kq un

  • 3 ədəd yumurta

  • 1 ç.q duz

  • 1 ç.q limon suyu

  • 25 q kərə yağı

  • 1,5 st ilıq suYaymaq üçün:

  • 200 q buğda nişastasıŞərbət üçün:

  • 6 st şəkər tozu

  • 3 st su

  • 1/4 limon

  • 2 st süd

  • 100 q irmikİçlik üçün:

  • 300 q fıstıq ləpəsi ya da qoz ləpəsi

  • Yağlamaq üçün: 500-600 q kərə yağıQaymaq üçün:

  • 2 st süd

  • 100 q irmik


Hazırlanması


  1. Bu ölçülərlə iki qab şobyet hazırlamaq olur.

  2. Fıstıq ləpəsini maşından keçiririk.

  3. Süd ilə irmiyi qarışdırıb qatılaşana qədər bişiririk. Qoyuruq kənara soyuyur.

  4. Unu bir qaba ələyib urtasını açırıq.

  5. Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik.

  6.  Qarışdırırıq və əlimiz ilə bərk xəmir yoğururuq.

  7. Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq.

  8. Sonra xəmirdən 20 ədəd kündə düzəldirik.

  9. Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.

  10. Yağı əridirik. Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq.

  11. Bacardığınız qədər nazik açın. Yuxaların 10 ədədini yayıb yağlayıb üst-üstə yığırıq.

  12. Qoğaldakı kimi. Bıçaqla 7x7sm kvadraklar kəsirik.

  13. Hər kvadratın ortasına 1 ç.q qaymaq və 1 ç.q fıstıq töküb qatlayırıq.

  14. Bu qayda ilə hazırlayıb qabı yağlayıb yığırıq. Üç hissələri alta olmaqla yığmaq lazımdı. Bişdikdə ağzı aralanmasın.

  15. Növbəti 10 ədəd kündəni də yayıb eyni qayda ilə hazırlayırıq.

  16. Qalan yağı üstünə töküb 180-190 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

  17. Bişənədək şərbəti hazırlayırıq. Şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyuruq.

  18. Qarışdırırıq. Qaynamağa başlayanda limon dilimini əlavə edib 3-5 dəqiqə də qaynadıb götürürük.

  19. Paxlava bişdikdə sobadan çıxarırıq.

  20. İsti şərbəti sobadan çıxan isti paxlavanın üstünə tökürük.

  21. Üstünə çəkilmiş fıstıq tökürük. Ən azı 2-3 saat qalmalıdır ki şərbəti özünə çəksin.

  22. Şərbəti özünə çəkdikdən sonra paxlavanı çay süfrəsinə verə bilərsiniz.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, şöbyet yumşaq olacaq.Nuş olsun!



Şöbyet

22 Temmuz 2015 Çarşamba

Nyudi

Ərzaqlar


  • 400-450 q feta pendiri

  • parmezan pendiri

  • 20 ədəd çerri pomidoru (əvəzinə 5-6 ədəd adi pomidor da olar)

  • 3-4 diş sarımsaq

  • 1 dəstə ispanaq

  • zeytun yağı


Hazırlanması


  1. Tavada zeytun yağını qızdırıb xırda doğranmış sarımsaq əlavə edin.

  2. Tam qızarmamış xırdalanmış ispanaq tökün.

  3. Azca yumşalan kimi ocaqdan götürün, aşsüzənə yığın ki, həm soyusun, həm də artıq suyu axıb getsin.

  4. 3 x.q. zeytun yağında 2 diş doğranmış sarımsağı qızardın.

  5. Sonra pomidorların yarısını əlavə edin. 5 dəqiqə bişirib ocaqdan götürün.

  6. Feta, sürtgəcdən keçirilmiş parmezan pendiri və ispanaq qovurmasını qarışdırın.

  7. Əgər ispanağın suyu yaxşı çəkilməyibsə, azca un əlavə edin.

  8. Sobaya qoyacağınız qabın dibinə pomidorların qalanını tökün.

  9. Əllərinizi zeytun yağına batıraraq pendir-ispanaq qarışığından yumurta boyda küftələr hazırlayın.

  10. Bunları pomidorların üstünə qoyun.

  11. Üzərinə bir neçə pomidor dilimi və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.

  12. 200 dərəcə C-dək qızdırılmış sobada 10 dəqiqə, üstü qızaranadək bişirin.

  13. Reyhan əlavə edə, makaronla birlikdə yeyə bilərsiniz..



Haqqında: Damağınızın dadını dəyişmək üçün gözəl seçımdir.Nuş olsun!


 



Nyudi

21 Temmuz 2015 Salı

Ərikli Tart

Ərzaqlar



    • 250 qr kərə yağı

    • 2 ədəd yumurta

    • 1 qəhvə fincanı süd

    • 1 su stəkanı toz şəkər

    • 2 su stəkanı un

    • 1 paket vanil

    • ½ çay qaşığı qabartma tozu

    krem üçün


    • 2 su stəkanı süd

    • 2 yemək qaşığı un

    • 1 ədəd yumurta

    • 3 yemək qaşığı toz şəkər

    • 1 paket vanil

    • 1 şirin qaşığı kərə yağı

    üzəri üçün


    • 500 qr mürdüm əriyi

    • 1 paket tart jelesi

    • ½ çay stəkanı toz şəkər



Hazırlanması


  1. Kərəyağını əridərək şəkər vanil və süd əlavə edərək mikser ilə qarışdırın.

  2. Yumurtaları əlavə edin, un və qabartma tozunu ələkdən keçirib az az əlavə edin.

  3. 28 sm. səviyyəsində bir tart qəlibini yağlayıp xəmiri içinə tökün.

  4. Daha əvvəldən isidmiş olduğunuz 180 ° C sobada bişirin.

  5. Tart bazası soyuyarkən kremi hazır hala gətirin. Süd, un, şəkər, yumurta və vanili bir qazanda qarışdırıb orta atəşdə pudinq konsistensiyasına gələnə qədər bişirin.

  6. Ocaqdan almadan 2 dk. əvvəl kərəyağını əlavə edib qarışdırın.

  7. Soyuyan tart bazasını qəlibdən çıxarın və ortadakı boşluğa krem doldurun.əriklərin hər birini 4-ə bölün və qazana alın.

  8. Üzərinə toz şəkər əlavə edib şəkər əriyənə qədər bişirin.

  9. Bişdikdən sonra soyumağa buraxın.

  10. Soyuduqdan sonra tartın üzərinə istədiyiniz şəkildə yerləşdirin.

  11. Tart jelesini paketin arxasındakı tərifə görə hazırlayıb əriklərin üzərinə tökdükdən sonra dilimləyərək süfrəyə verin.




Ərikli Tart

20 Temmuz 2015 Pazartesi

Mini Ispanaqlı Tartlar

Ərzaqlar


  • Xəmir Üçün:
    • 125 qr un

    • 75 qr kərə yağı

    • Duz

    • ½ çay qaşığı muskat rəndəsi

    İç Üçün:


    • 250 qr ispanaq

    • 3 ədəd yumurta sarısı

    • 125 qr rəndələnmiş kaşar pendiri

    • 150 qr süzmə qatıq

    • Duz

    • İstiot

    • 2 yemək qaşığı kərə yağı



Hazırlanması


  1. Un, kərə yağı, duzu və rəndələnmiş muskatı dərin qaba qoyun.

  2. Una yetəcəq qədər su əlavə edibə yaxşıca qarışdırın.

  3. Yumşaq bir xəmir əldə etdiyinizdə yağlanmış qəliblərə açaraq yerləşdirin.

  4. qəliblərə yerləşdirdiyiniz xəmirləri 30 dəqiqə soyuducunda gözlədin.

  5. ispanaqları yuyub, doğrayın.

  6. Kərəyağını bir tavada əridin və doğradığınız ispanaqları suyunu çəkənə qədər bu yağda qovurun.

  7. Qovurduqdan sonra lasar pendirini, duzu, qara bibəri, qatığı və yumurta sarılarını əlavə edib qarışdırın.

  8. Xəmiri soyuducudan çıxardıqdan sonra kalıplardaki xəmirlərin üzərinə yağlı kağız qoyub bolca quru paxlalı səpin.

  9. Əvvəlcədən 200 C ‘ye isidilmiş sobada 10 dəqiqə bişirin.

  10. Bişən xəmiri sobadan çıxarıb bakliyatlar və yağlı kağızı üzərindən götürün.

  11. Hazırladığınız ıspanaqlı içliyi xəmirlərin içinə paylaştırın.

  12. Paylaşdırdıqtan sonra təkrar 200 C ‘yə nizamlanmış sobada 20 dəqiqə bişirin.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!



Mini Ispanaqlı Tartlar

19 Temmuz 2015 Pazar

Balqabaqlı Mini Tart

Ərzaqlar



    • 125 qr. otaq istiliyində kərə yağı

    • 1,5 şorba qaşığı şəkər

    • 250 qr. un

    • ½ çay qaşığı duz

    • ½ çay stəkanı su

    • 1 yumurtanın sarısı

    Balqabaq Püresi Üçün:


    • Balqabaq

    • Şəkər

     



Hazırlanması


  1. Bütün ərzaqları qarışdıraraq peçenye xəmiri konsistensiyasında bir xəmir əldə edin.

  2. Əgər xəmiriniz çox yumşaq olsa 10 d. soyuducunda saxlayın.

  3. Tart qəliblərinizi yağlayın və xəmirinizi açaraq içinə yerləşdirin.

  4. Əvvəlcədən 180 C isitmiş olduğunuz sobada qızarana qədər bişirin və soyumağa buraxın.

  5. Balqabaqları təmizləyib dilimlədiktən sonra bir qazana düzün.

  6. Üzərini örtəcək qədər toz şəkər əlavə edib batıq atəşdə bişirin.

  7. Ocaqdan aldıqdan sonra soyumağa buraxın.

  8. Balqabaqları çəngəlin köməyiylə əzərək püre halına gətirin.

  9. Soyuduqdan sonra qəliblərindən çıxardığınız tartlarınızı bu püre ilə doldurun və üzərini qoz ilə bəzəyin.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!



Balqabaqlı Mini Tart

18 Temmuz 2015 Cumartesi

Üzümlü Tart

Ərzaqlar


  • 125 qr kərə yağı

  • 1 çay stəkanı pudra şəkəri

  • 2 su stəkanı un

  • 1 yumurta sarısı

  • 1 paket qabartma tozu

  • 1 paket vanil

  • Krem Üçün:
    • 2 su stəkanı süd

    • 2,5 yemək qaşığı un

    • 1 çay stəkanı toz şəkər

    • 1 yumurta

    • 1 paket vanil

    Üzəri Üçün:


    • 250 qr qara üzüm

    • Pudra şəkəri



Hazırlanması


  1. Yumurta, kərə yağı və toz şəkəri mətbəx robotu ilə qarışdırın.

  2. Üzərinə un, qabartma tozu və vanil əlavə edərək yoğurun.

  3. Tart qəlibini yağlayın və xəmiri içinə yayın.

  4. Çəngəllə bir neçə yerindən dəlin.

  5. 180 C nizamlı sobada yüngül qızarana qədər bişirin.

  6. Kremi üçün süd, un, şəkər, yumurta və vanili qarışdırıb pudinq konsistensiyasına gələnə qədər bişirin.

  7. Puding iliq olduqda tartın içinə tökün.

  8. Üzərinə qara üzüm dənələrini qoyun.

  9. İstədiyinizə görə pudra şəkəri səpərək süfrəyə təqdim edin.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!


 



Üzümlü Tart

17 Temmuz 2015 Cuma

Şokoladlı Tart

Ərzaqlar


  • 1 stəkan toz şəkər

  • 2 yumurta sarısı

  • 1 stəkan fındıq unu

  • 3,5 stəkan un

  • 225 qram kərə yağı

  • 1 paket vanilXəmiri üçün:

  • 100 qram krem

  • 100 qram labne pendir

  • 100 qram bitter şokolad

  • 100 qram südlü şokoladBəzəmək üçün:

  • file fındıq


Hazırlanması


  1. Yumşaq kərə yağı və şəkəri krem olana qədər mixerdə qarışdırın.

  2. Yumurta sarılarını, fındıq ununu, unu və vanili əlavə edin.

  3. Alinmiş ərzaqları əlinizlə yoğurun.

  4. Yumurta böyüklüyündə parçalara ayırıb tart qəliblərinə basdıraraq yayın.

  5. Ortasını bir neçə yerdən çəngəllə deşin və 180 dərəcə sobada qizarana qədər bişirin.

  6. Onlar bişərkən içliyi hazırlayın.

  7. Kremi istilədin, kiçik parçalara ayırın şokoladı əlavə edərək qarışdırın.

  8. Labne pendirindən də əlavə edin və hamar bir konsistensiyaya gələnə qədər çırpın.

  9. Soyuyan tartın içinə kremi qoyun və üzərinə file fındıqları ilə bəzəyin.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!



Şokoladlı Tart

16 Temmuz 2015 Perşembe

Toyuq sinəsi ilə Vişnə souslu Tart

Ərzaqlar


  • 2 su stəkanı dondurulmuş albalı

  • 2 yemək qaşığı nişasta

  • 4 yemək qaşığı toz şəkər

  • 2 ədəd qərənfil

  • Toyuq Sinəsi Üçün:

  • ½ paket marqarin

  • 1 lt süd

  • 3 fincan un

  • 3 fincan şəkər

  • 1 paket vanil

  • 1 ədəd damla saqqızı və ya normal saqqız

  • Xəmiri Üçün:

  • 125 qr. marqarin

  • 3 yemək qaşığı toz şəkər

  • 1 yemək qaşığı pudra şəkəri

  • 1 çimdik duz

  • Lazımı qədər un


Hazırlanması


  1. Qabın içinə əridilmiş marqarin, şəkər, duz və lazımı qədər unu yavaş yavaş yoğuraraq yumşaq xəmir alınana qədər yoğurun.

  2. 20 dəqiqə gözlədin. Tart qəlibini yağlayıb bir az un səpin.

  3. Tart xəmirini qəlibə yayın.

  4. Kənarlarını qalın, ortasında isə çuxur buraxmalısınız. 175 ° C sobada bişirin toyuq sinəsi üçün bütün ərzaqları qazana əlavə edərək pudinq konsistensiyasına gələnə qədər qaynadın sonra 15 dəqiqə mikserlə çırpılır.

  5. Daha sonra tartın üzərinə əlavə olunur ən sonda üstünə vişnəli sos əlavə edilir.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!



Toyuq sinəsi ilə Vişnə souslu Tart

15 Temmuz 2015 Çarşamba

Çiyələkli Tart

Ərzaqlar


  • 250 qr. kərə yağı

  • 2 ədəd yumurta

  • 1 qəhvə fincanı süd

  • 1 su stəkanı şəkər

  • 2 su stəkanı un

  • 1 paket vanil

  • ½ çay qaşığı qabartma tozu

  • Kremi üçün:

  • 2 su stəkanı süd

  • 2 yemək qaşığı un

  • 1 ədəd yumurta

  • 3 yemək qaşığı toz şəkər

  • 1 paket vanil

  • 1 desert qaşığı kərə yağı

  • Üzəri üçün:

  • 400 qr. çiyələk


Hazırlanması


  1. Kərəyağını əridərək şəkər, vanil və süd əlavə edərək mikser ilə qarışdırın.

  2. Yumurtaları əlavə edin. Un və qabartma tozunu ələkdən keçirib az az əlavə edin.

  3. 28 sm. hündürlüyündə olan tart qəlibini yağlayıp xəmiri içinə tökün.

  4. Daha əvvəldən ısıtmış olduğunuz 180 ° C sobada bişirin.

  5. Tart bazası soyuyarkən kremi hazır hala gətirin. Süd, un, şəkər, yumurta və vanili bir qazanda qarışdırıb orta atəşdə pudinq konsistensiyasına gələnə qədər bişirin.

  6. Ocaqdan götürmədən 2 dəqiqə əvvəl kərəyağını əlavə edib qarışdırın.

  7. Soyuyan tart bazasını qəlibdən çıxarın və ortadakı boşluğa krem doldurun.

  8. Çiyələkləri saplarından ayırıb dilimləyin və bəzəyərək süfrəyə təqdim edin.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!



Çiyələkli Tart

14 Temmuz 2015 Salı

Limonlu Tart

Ərzaqlar


  • 1 su stəkanı un

  • 3 şorba qaşığı kərə yağı

  • 1 qəhvə fincanı süd

  • 3 yemək qaşığı pudra şəkəri

  • 2 yumurta sarısı

  • 3 ədəd limon

  • 1 ədəd portağal

  • 1,5 qəhvə fincanı su

  • 1 paket tart  jele

  • 2 çay stəkanı toz şəkər 


Hazırlanması


  1. Unu geniş yoğurma qabına tökün. 2. İçinə kərə yağı, yumurta sarısı, 1 çay qaşığı limon qabığı, süd əlavə edib yoğurun. Üstünü örtün və 1 saat köpməsini gözləyin.

  2. Limon və portağalı sıxın. Portağal və limon suyuna, şəkər, jele və su əlavə edib yavaş yavaş qarışdıraraq az atəşdə bişirin. 4. Rəngi tündləşincə ocaqdan alın soyumağa buraxın.

  3. Tart qəliblərinizi yağlayıb un səpin.

  4. Xəmiri qəlibə bərabər miqdarda əlavə edib əlinizlə xəmirin qəlibə yayılmasını təmin edin.

  5. 180 dərəcədə isidilmiş sobada 20 dəqiqə bişirin.

  6. Sobadan çıxdıqdan sonra üzərinə hazırladığınız jeleni tökün limon və ya portağal dilimlərini düzüb əlavə 10 dəqiqə limon dilimlərinin qızarması üçün sobaya qoyun. Nuş olsun!



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.



Limonlu Tart

13 Temmuz 2015 Pazartesi

Kalamarlı Makaron

Ərzaqlar


  • 500 qram linguini makaron

  • 1 kg Kalamar

  • 2 Diş Sarımsaq

  • 2 dənə pomidor

  • cəfəri

  • 1 əd. qırmızı acı bibər

  • zeytun yağı

  • duz

  • qara bibər


Hazırlanması


  1. Kamalarlarımızı təmizlədikdən sonra halqa şəklində doğrayırıq.

  2. Sonrasında zeytun yağında qızartdığımız sarımsağı və bibərləri qızardıb kalamalarlara əlavə edirik.

  3. Kalamarları 10 15 dəq bişirdikdən sonra qabıqları soyulmuş kub şəklində hazırlanmış pomidorları əlavə edərək 35 40 dəq. qədər bişirməyə buraxın.

  4. Linguini makaronlarını paketin üzərindəki qaydalara uyğun bişirib hazir kalamar sousumuzu üzərinə əlavə edirik. Nuş Olsun.



Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.


 



Kalamarlı Makaron

12 Temmuz 2015 Pazar

Limonlu və Fıstıqlı Makaron

Ərzaqlar


  • 1 su stəkanı cəfəri

  • 1/2 su stəkanı sızma zeytun yağı

  • 2 limon qabığı, çox incə jülyen doğranmış

  • 1/2 paket antep fıstığı, yüngül qovrulmuş

  • duz

  • 1 çimdik qara bibər

  • 1 limon (zövgə görə görə) 


Hazırlanması


  1. Göyərtiləri kiçik doğrayıb geniş bir qaba qoyun.

  2. Zeytun yağını, limon qabıqlarını və fıstıqları əlavə edib qarışdırın.

  3. Duzunu əlavə edərək üzərini bağlayın.

  4. Otaq istiliyində 2 saat qədər salayın.

  5. Makaronu qaynadın. Suyundan 1 stəkan saxlayib qalanını süzün.

  6. Soyuq su ilə yaxalamadan ayırdığınız su və fıstıqlı və limonlu sous ilə qarışdırın.

  7. Qaba töküb bir az limon suyu və qara bibər səpin.

  8. Makaronumuz hazirdir, nuş olsun!



Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.



Limonlu və Fıstıqlı Makaron

11 Temmuz 2015 Cumartesi

Sobada Beşamelli Makaronu

Ərzaqlar


  • Yarım paket uzun makaron

  • 2 yemək qaşığı marqarin

  • 1.5 su stəkanı holland pendiri rəndəsi

  • 1.5 yemək qaşığı un

  • 1.5 su stəkanı süd

  • 1 çimdik muskat rəndəsi istəyə görə

  • qara bibər

  • duz


Hazırlanması


  1. Makaron ortadan ikiyə bölünərək suda 7-8 dəqiqə qədər qaynadıldıq dan sonra digər yanda kərə yağı əridilər və un əlavə olunaraq qovurlar.

  2. Bundan sonra süd əlavə edilir və davamlı qarışdırılaraq beşamel sousu hazırlanar.

  3. Daha əvvəl suyu süzülmüş makarona beşamel sousu, 1 stəkan holland pendiri rəndəsi, duz və ədviyyatlar əlavə olunur və qarışdırılır.

  4. Soba nimçəsi yağlanır və makaron qarışığı tökdükdən sonra üzərinə qalan holland pendiri rəndəsi səpilir.

  5. Daha əvvəldən 185 dərəcədə hazırladığımız sobaya verilir və üzəri qızarana qədər bişirilir. Nuş olsun!



Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.


 



Sobada Beşamelli Makaronu

10 Temmuz 2015 Cuma

Karacabey Mantısı

Ərzaqlar


  • 1 paket hazır qaracabəy mantısı

  • 1 ədəd bişmiş bütöv toyuq

  • 1 kasa bişmiş noxud

  • 500 qram sarımsaqlı qatıq

  • 3 xörək qaşığı kərə yağı

  • Pul bibər

  • Qara bibər

  • Duz


Hazırlanması


  1. Bütöv toyuğu 2 xörək qaşığı kərə yağı, duz, qara bibərlə yaxşıca buğa verin.

  2. Bəzi tərəflərdə bu prosesə “buğlama” da deyilir.

  3. Qaracabəy mantısını şüşə qaba düzün, sobada bir az isidin, sonra üzərinə qaynanmış toyuq suyu (bulyon) tökün.

  4. Toyuq ətini mantıların üzərinə didib tökün və yenidən sobaya qoyaraq suyu çəkilənə qədər qabı fırladaraq bişirin.

  5. Qabı sobadan çıxarandan sonra təamın üzərinə sarımsaqlı qatıq, bir xörək qaşığı kərə yağında qızardılmış pul bibər tökün.



Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!


 


 



Karacabey Mantısı

9 Temmuz 2015 Perşembe

Tərəvəzli Spagetti

Ərzaqlar


  • 350 qr. spagetti

  •  ¾ çay stəkanı zeytun yağı

  • 1 ədəd balqabaq

  • 1 ədəd kök

  • 1 ədəd qırmızı soğan

  • 2 diş sarımsaq

  • 1 ədəd qırmızı bibər

  • 1 ədəd yaşıl bibər

  • Nanə

  • Duz


Hazırlanması


  1. Spagettini paketinin üzərindəki bişirmə qaydalarına uyğun bişirin.

  2. Tərəvəzləri yaxşıca yuduqdan sonra kökün qabığını soyub, balqabağı qalın zolaqlarhalında doğrayın.

  3. Biberleri və havucu incə lent, qırmızı soğanı iri halqa şəklində kəsin.

  4. Sarımsakları incə olaraq doğramaq geniş bir tavada sarımsaq və soğanlarısoteleyin.

  5. Biberleri əlavə edərək, balqabaq və havucu qaynar suda 5 dk. gözlədib tavaya əlavə edin.

  6. Duz ilə tatlandırıp ocaqdan alın.

  7. Suyunu süzdürdüğünüz spagettiyi tərəvəzlərlə harmanlayın və üzərini nanə iləbəzəyib xidmət edin.



Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!


 



Tərəvəzli Spagetti

8 Temmuz 2015 Çarşamba

Kremli Pirojna

Ərzaqlar


  • Xəmir üçün:

  • 1 ədət yumurta

  • bir yarım su stəkanı un

  • yarım stəkan ərinmiş yağ

  • yarım stəkan süd

  • 15 qr yaş maya

  • yarım stəkan şəkər

  • 1 çay qaşığı duz 

    Krem üçün:


  • 3 şorba qaşığı un

  • 1 su stəkanı süd

  • yarım su stəkanı şəkər

  • yarım çay stəkanı krem

  • üzərinə səpmək üçün pudra şəkəri.

     



Hazırlanması


  1. İlıq 1 su stəkanı südün içinə mayanı əlavə edin.

  2. Eyni qabın içinə maye yağ, şəkər, yumurta, duz, unu əlavə edib yoğurun.

  3. Yoğururken unu az-az tökün. Mayalanması üçün üstünü örtüb 30 dəqiqə qədər gözlədin.

  4. Bir qazana unu, vanili, südü və şəkəri qoyub zəif atəşdə tündləşənə qədər qarışdırın.

  5. Krem tündləşdikdən sonra soyuması üçün bir az gözlədin.

  6. Soyuduqdan sonra üzərinə kremi əlavə edib qarışdırın.

  7. Beləliklə kremimiz də hazır oldu.

  8. Mayalanan xəmirdən tenis topu boyda yumru kündələr kəsib düzəldirik, yağladığımız soba qəliblərinə qoyuruq.

  9. Sobanı 170 dərəcədə açıb bir az isitdikdən sonra xəmirləri sobaya veririk.

  10. Bir az qızarana qədər sobada bişirin. Bişən xəmirləri sobadan çıxardıqdan sonra soyumalarını gözləyirik.

  11. Soyuyan xəmirləri bıçaqla ortasından bir az kəsirik və içinə hazırladığımız kremi doldururuq.

  12. Son olaraq kremli priojnamızın üzərinə pudra şəkəri səpirik. beləliklə pirojnamız hazırdı.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, kremli pirojnanız yumşaq olacaq.Nuş olsun!



Kremli Pirojna

7 Temmuz 2015 Salı

Badımcanlı Makaron

Ərzaqlar


  • Yarım su stəkan makaron

  • Kifayət edəcək qədər su

  • 3 ədəd orta ölçülü badımcan

  • 4 xörək qaşığı duru yağ

  • 1 xörək qaşığı kərə yağı

  • 1 ədəd kiçik ölçülü soğan

  • 250 qram qıyma

  • 3-4 ədəd incə doğranmış uzunsov bibər

  • 1 çay qaşığı tomat

  • 2-3 budaq yaşıl reyhan

  • Duz

  • İstiot


Hazırlanması


  1. Makaronu duzlu suda qaynadıb süzdükdən sonra qırağa qoyun.

  2. Badımcanları ikiyə bölüb içlərini çıxarın.

  3. İçlərinə duru yağ sürtün.

  4. Əvvəldən isidilmiş 180 dərəcə sobada yüngülcə qızarana qədər bişirin.

  5. Kərə yağını əridib incə doğranmış soğanı rəngi dəyişənə qədər qovurun. Üzərinə qıymanı əlavə edin.

  6. 5 dəqiqə sonra uzunsov bibər və tomatı əlavə edin.

  7. Bibər bir az qovrulunca incə doğranmış pomidor, duz və qara bibəri əlavə edin.

  8. Bir neçə dəqiqə sonra qaynadılmış makaronu əlavə edin. 2-3 dəqiqə bişirib kənara qoyun.

  9. Sobada yüngülcə bişirdiyiniz badımcanların içinə makaronlu içliyi əlavə edin.

  10. Bir soba qabına yerləşdirib əvvəldən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişirin.

  11. Reyhan yarpaqları ilə bəzəyərək servis edin..



Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!


 



Badımcanlı Makaron

6 Temmuz 2015 Pazartesi

Beşamel Souslu Makaron

z

Ərzaqlar


  • Yarım paket “borucuq” makaron

  • 1 kasa doğranmış parmezan pendiri 

  • Beşamel sousu üçün:

  • 1/2 xörək qaşığı kərə yağı

  • 1,5 xörək qaşığı un

  • 1 stəkan süd

  • Duz

  • Qara bibər

  • Döyülmuş muskat

  • Ət sousu üçün:

  • 200 qram çəkilmiş qoyun əti

  • 1 baş doğranmış soğan

  • 1 xörək qaşığı yağ

  • 1 xörək qaşığı tomat

  • 1 ədəd doğranmış pomidor

  • 1/2 incə doğranmış cəfəri

  • Duz

  • Qara bibər

  • Müxtəlif ədviyyatlar


Hazırlanması


  1. Tavaya bir qədər su töküb qaynadın, makaron və duz atıb yaxşıca bişirin.

  2. Başqa qabda isə bir tavaya azacıq kərə yağı tökün, incə doğranmış soğan tökün, qoyun ətini əlavə edin, bişənə qədər qovurun.

  3. Bir qədər su əlavə edin, ədviyyatları və duzu töküb qarışdırın, ən axırda cəfərini əlavə edin.

  4. Bişmiş makaronun suyunu süzün, makaronları yağlanmış şüşə qaba dzün. Makaronların bir-birinə yapışmaması üçün yumurta, parmezan pendiri və ya holland pendirindən istifadə edə bilərsiniz.

  5. Yaxud da bir yumurta sındırıb çalın, makarona qatın və onları düzün.

  6. Makaronların hamısını düzəndən sonra aralarını və içlərini çay qaşığı ilə ahəstə şəkildə doldurun, qalan ətli sousu üzərinə tökün.

  7. Beşamel sousu üçün də tavaya kərə yağı atın, un əlavə edin, sonra yavaş-yavaş süd töküb qarışdırın.

  8. Məhlulun bircinsli olması üçün duz, qara bibər və muskat əlavə edərək qarışdırın.

  9. Alınmış sousu sonra ətli sousun üzərinə tökün, axırda doğranmış holland pendiri əlavə edin.

  10. Bütün bunları sobaya qoyun, üstü qızarana qədər bişirin, bişəndən sonra şüşə qabdan çıxarın. 



Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!



Beşamel Souslu Makaron

5 Temmuz 2015 Pazar

Bolonyai Spaghetti

Ərzaqlar


  • 1 paket spagetti

  • 250 qram çəkilmiş dana əti

  • 1 baş soğan

  • 1 xörək qaşığı tomat

  • 4 pomidor

  • Duz

  • Qara bibər

  • Cəfəri

  • 2-3 xörək qaşığı zeytun yağı


Hazırlanması


  1. Soğan, pomidor və sarımsağı doğrayın.

  2. Sous qabı və ya tavaya zeytun yağı tökün, soğana bir qədər duz vuraraq ağarana qədər qovurun, sonar tomat əlavə edin və qovurmağa davam edin.

  3. Dana əti və sarımsağı qarışdıraraq 4-5 dəqiqə bişirin. Ətin rəngi dəyişən kimi doğranmış pomidorları əlavə edin.

  4. Təxminən 10-15 dəqiqə vam odda bişirin, sonra spagettinin üzərinə tökərək süfrəyə verin.



Haqqınıda:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!


 



Bolonyai Spaghetti

3 Temmuz 2015 Cuma

Qabırğa Dolması

Ərzaqlar


  • 3 kq qoyun qabırğası

  • 1,5 su st. düyü

  • 250 q qoyun əti

  • 1 ç.q. bəyaz istiot

  • 1 ç.q. qara istiot

  • 0,5 qəhvə qaşığı darçın

  • 1 ç.q. duz

  • 2 soğan

  • 0,5 su st. badam

  • 0,5 su st. antep fıstığı

  • 0,5 dəstə cəfəri

    qapağı bərkitmək üçün:


  • 1,5 su st. un

  • 1 x.q. duz

  • 1 st su

    sous:


  • 1,5 x.q. qatıq

  • 1 x.q. kərə yağı

  • 4-5 budaq rozmarin

     



Hazırlanması


  1. Düyünü duzlu suda 10-15 dəqiqə isladın.

  2. Qabırğanın üzərini cib kimi kəsin.  1 soğanı xırda doğrayın.

  3. Düyünü, antep fıstığını (yaxud qovrulmuş badam, dolma (şam) fıstığı), istiot, bəyaz istiot, doğranmış cəfəri, xırda doğranmış quzu ətini, azca duz, darçın əlavə edib qarışdırın. Quzu qabırğasının içinə doldurun.

  4. Ağzını tikin. İri qazana qoyun. Üstünə su tökün. Yanına bir iri bütöv (qabığı təmizlənmiş) soğan qoyun.

     


  5. Qazanın qapağını örtün.

  6. Kip olsun deyə un, su və duzdan xəmir yoğurun, qapağın qırağı ilə qazanın ağzına xəmiri yapışdıraraq bərkidin 2 saat vam odda bişdikdən sonra siniyə qoyun.

  7. Üzərinə kərə yağı, qatıq, istəsəniz, azca tomat pastasının qarışığından olan sous çəkin. Rozmarin səpin. Sobada üstü qızaranadək bişirin. Nuş olsun!



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.



Qabırğa Dolması

2 Temmuz 2015 Perşembe

Soyutma

Ərzaqlar


  • 1,5 kq sümüklü qoyun əti

  • 1 ədəd baş soğan

  • Ç.q ucunda sarıkök

  • Duz

  • Istiot


Hazırlanması


  1. Yuyulan əti qazana qoyub bişiririk.

  2. Suyu qaynamağa başlayanda kəfini yığırıq.

  3. Bişməyə 15-20 dəq qalmış əti suyundan çıxarıb əti qazana yenidən yığırıq.

  4. Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

  5. Xırda doğranmış soğanı və sarıkökü ətin üstünə tökürük.

  6. Üstünə duz, istiot və ətin suyundan əlavə edirik.

  7. Hazır olana qədər bişiririk. (Az qatı suyu qalmalıdır).



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!


 



Soyutma

1 Temmuz 2015 Çarşamba

Bozartma

Ərzaqlar


  • 500-700 q yağlı qoyun əti,

  • 4 əd soğan,

  • 5 əd pomidor,

  • 3 x.q şüyüd və keşniş,

  • qara istiot (dən yaxud döyülmüş)

  • duz


Hazırlanması


  1. Kiçik tikələrlə doğranmış qoyun ətinin üzərinə soyuq su tökülür və qoyulur qaynamağa, üzünə çıxan kəfi yığılır.

  2. Təxminən 1.5 saat qaynamalıdır.

  3. Sonra qoyun əti odun üzərindən götürülür, öz yağında (bulyondan yığılmış) yarımhalqa şəkilində doğranmış soğanla bir yerdə qovurulur

  4.  Xırda doğranmış pomidorlar və yaşıl bolqar bibəri əlavə edib, onların şirəsi çıxana qədər qovururuq. Sonra üzərinə süzülmüş bulyonuda tökürük, duz istiot vurub qoyuruq birazda qaynasın.

  5. Süfrəyə verilərkən üzərinə xırda doğranmış göyərti səpilir.



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!


 



Bozartma

30 Haziran 2015 Salı

Ciyər Kotleti

Ərzaqlar


  • 500 q toyuq ciyəri

  • 1 baş soğan

  • 1-2 diş sarımsaq

  • 1 yumurta

  • 5 x.q. manna yarması

  • duz, istiot

  • bitki yağı (qızartmaq üçün)


Hazırlanması


  1. Qaraciyəri, soğanı, sarımsağı kombaynda eynicinsli kütlə alınanadək xırdalayın, yaxud ət maşınında çəkin.

  2. Duz, istiot, yumurta vurun, qarışdırın.

  3. Manna əlavə edib qarışdırın, 30-40 dəqiqə saxlayın.

  4. Qızdırılmış tavada 1 x.q. olmaqla yağa salaraq hər iki üzünü qızardın.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!



Ciyər Kotleti

29 Haziran 2015 Pazartesi

Ət Qovurması

Ərzaqlar


  • Dana əti – 3 kq.

  • Quyruq yağı – 250 qr.

  • Duru yağ – 1 stəkan

  • Duz

    Bəzədilməsi üçün:


  • Xiyar turşusu

  • Acı bibər turşusu

  • Kəklikotu


Hazırlanması


  1. Dana əti quş başından bir az daha böyük formada doğranır.

  2. Ət yağla birlikdə tavada yumşalana kimi bişirilir (öz suyunda bişməsi məsləhətdir).

  3. Quyruq yağı ayrı bir tavada əridilir.

  4. Qovurmanın bişməsinə bir neçə dəqiqə qalmış duz və ərimiş quyruq yağı əlavə olunur.

  5. Bişdikdən üzərinə kəklikotu gəzdirilir.

  6. Xiyar və acı bibər turşusu ilə bəzədilir. Qovurmanız hazırdır!



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Ət Qovurması

28 Haziran 2015 Pazar

Dəniz Ulduzu

Ərzaqlar


  • 1 litr süd

  • 2 qəhvə fincanı un

  • 100 qr marqarin

  • 3 qəhvə fincanı şəkər

  • 2 dənə damla saqqızı

    Şokolad sousu üçün:


  • 3 şorba qaşığı kakao

  • 6 şorba qaşığı toz şəkər

  • 1 su stəkanı süd


Hazırlanması


  1. Marqarindən başqa bütün ərzaqları qarışdırıb tündləşənə qədər bişirin.

  2. Tündləşəndə içinə marqarini qatıb ocaqdan alın və mikserlə çırpın.

  3. İstədiyiniz şüşə və ya metal bir qab  istifadə edə bilərsiniz. (Şəkildəki qalıb Cola şüşəsinin alt qisimindən istifadə olunaraq hazırlanıb.

  4. Mikserlə çırptığımız qarışığın içini ıslattığımız kasalara qoyub bir gecə soyuducunda saxlayın.

  5. Daha sonra qoşqablara tərs çevirib üzərinə şokolad sousu tökərək süfrəyə təqdim edin.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Dəniz Ulduzu

27 Haziran 2015 Cumartesi

Fıstıklı Pave

Ərzaqlar


  • 5 şorba qaşığı kərə yağı (otaq istiliyində yumuşaldılmış)

  • 1 su stəkanı şəkər

  • 2 böyük yumurta və bir yumurtanın sarısı daha

  • 1 yarım su stəkanı badam tozu

  • 2-3 ovuc qırıq duzsuz fıstıq

  • Pudra şəkəri


Hazırlanması


  1. İlk iş olaraq istifadə edəcəyiniz qəlibin dibini yaxşıca yağlıyırıq. Sonra bazası böyüklüyündə soba kağızı kəsib dibə yapışdırın. Üzərini təkrar yağlayın.

  2. Ən alta (əslində ən üst olacaq) fıstıq qırıntılarını yayaq.

  3. İstədiyiniz file badam da olar …

  4. Daha sonra mikserdə otaq istiliyindəki kərəyağını kremalaştıraq və şəkəri əlavə edək. Yumurta və badam tozunu təkrar 2-3 səfərdə yedirdin.

  5. Fıstıqları üzərinə spatula ilə yayaın, düzəldin, masaya bir neçə dəfə vuraraq içindəki havanı çıxarın.

  6. 140 dərəcədə təxminən 50-55 dəqiqə bişirək.

  7. Üstünün dekoru üçün soba kağıdından nazik zolaqlar kəsib keksin üzərinə yerləşdirib, pudra şəkəriylə bəzəyə bilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Fıstıklı Pave

26 Haziran 2015 Cuma

Güllaç Tortu

Ərzaqlar


  • 8 Yarpaq güllaç

  • 8 Su stəkanı süd

  • 1,5 Su stəkanı şəkər

  • 3 Şorba qaşığı gül suyu

  • 1 Su stəkanı hindistan qozu

  • 1 Çay stəkanı pudra şəkəri

    İçi Üçün:


  • 6 Alma

  • 1 Çay stəkanı şəkər

  • 1 Çay qaşığı darçın

    Sousu Üçün:


  •  

    1 Paket çöl qarağatı


  • 3 Şorba qaşığı şəkər


Hazırlanması


  1. Qazanda südü ilıq olacaq qədər istilətdikdən sonra içinə 3-4 şorba qaşığı gül suyu əlavə edib qarışdırırıq.

  2. Almaları rəndələyib, şəkəri də əlavə edib qazanda bişiirirk sonra darçını içinə əlavə edib qarışdırırıq.

  3. Bir ədəd güllaç yarpağını bir neçə parçaya ayırıb süd ilə isladıb kasanın alt qisiminə bir az qoyuruq üzərinə almalı harçtan əlavə onun da üzərinə kokos və pudra şəkəri töküb digər parçaları da üzərinə əlavə edirik.

  4. Üzərinə bir çömçə daha süd tökdükdən sonra soyumağa buraxırıq ..

  5. Sousu üçün isə, çöl qarağatını 3 şorba qaşığı şəkər ilə öz suyu ilə qazanda bişiririk.

  6. Kasada kı güllaçları tərs çevirərək qaba qoyuruq.

  7. Bişən sousu üzərinə töküb süfrəyə təqdim edirik.  Nuş Olsun.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Güllaç Tortu

Çiyələkli Manna yarması Tortu

Ərzaqlar


  • 9 şorba qaşığı manna yarması (90 qr)

  • 10 şorba qaşığı şəkər (150 gr)

  • 1 lt süd

  • 1 paket vanil

  • 25-30 dənə çiyələk

  • 1 ədəd hazır kakaolu keks


Hazırlanması


  1. Manna yarmasını, şəkəri və südü bir qazana qoyun və qarışdıraraq pudinq kimi bişirin. Bişdikdən sonra altını söndürün.

  2. Vanil əlavə edib, bir dəfə daha qarışdırın.

  3. Pundinqin yarısını orta boy bir qaba tökün.

  4. Tökmədən əvvəl, qabı bir az suyla isladın. Bu şəkildə qudinqi tərs çevirərkən yapışmasını önləyəcəyik.

  5. Üzərinə küp küp doğradığınız kakaolu keksi yayın.

  6. Keksin üstünü ortadan ikiyə və ya üçə bölərək dilimlədiyiniz çiyələklərlə örtün.

  7. Qalan pudinq ilə çiyələklərin üzərini örtün.

  8. İkram edəcəyiniz zaman, xidmət qabına tərs çevirin. Şirniyyatınızı çiyələk və kokos ilə bəzəyə bilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Çiyələkli Manna yarması Tortu