
Ərzaqlar
- Yarım paket uzun makaron
- 2 yemək qaşığı marqarin
- 1.5 su stəkanı holland pendiri rəndəsi
- 1.5 yemək qaşığı un
- 1.5 su stəkanı süd
- 1 çimdik muskat rəndəsi istəyə görə
- qara bibər
- duz
Hazırlanması
- Makaron ortadan ikiyə bölünərək suda 7-8 dəqiqə qədər qaynadıldıq dan sonra digər yanda kərə yağı əridilər və un əlavə olunaraq qovurlar.
- Bundan sonra süd əlavə edilir və davamlı qarışdırılaraq beşamel sousu hazırlanar.
- Daha əvvəl suyu süzülmüş makarona beşamel sousu, 1 stəkan holland pendiri rəndəsi, duz və ədviyyatlar əlavə olunur və qarışdırılır.
- Soba nimçəsi yağlanır və makaron qarışığı tökdükdən sonra üzərinə qalan holland pendiri rəndəsi səpilir.
- Daha əvvəldən 185 dərəcədə hazırladığımız sobaya verilir və üzəri qızarana qədər bişirilir. Nuş olsun!
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.
Sobada Beşamelli Makaronu
Hiç yorum yok:
Yorum Gönder