
Ərzaqlar
- 400-450 q feta pendiri
- parmezan pendiri
- 20 ədəd çerri pomidoru (əvəzinə 5-6 ədəd adi pomidor da olar)
- 3-4 diş sarımsaq
- 1 dəstə ispanaq
- zeytun yağı
Hazırlanması
- Tavada zeytun yağını qızdırıb xırda doğranmış sarımsaq əlavə edin.
- Tam qızarmamış xırdalanmış ispanaq tökün.
- Azca yumşalan kimi ocaqdan götürün, aşsüzənə yığın ki, həm soyusun, həm də artıq suyu axıb getsin.
- 3 x.q. zeytun yağında 2 diş doğranmış sarımsağı qızardın.
- Sonra pomidorların yarısını əlavə edin. 5 dəqiqə bişirib ocaqdan götürün.
- Feta, sürtgəcdən keçirilmiş parmezan pendiri və ispanaq qovurmasını qarışdırın.
- Əgər ispanağın suyu yaxşı çəkilməyibsə, azca un əlavə edin.
- Sobaya qoyacağınız qabın dibinə pomidorların qalanını tökün.
- Əllərinizi zeytun yağına batıraraq pendir-ispanaq qarışığından yumurta boyda küftələr hazırlayın.
- Bunları pomidorların üstünə qoyun.
- Üzərinə bir neçə pomidor dilimi və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.
- 200 dərəcə C-dək qızdırılmış sobada 10 dəqiqə, üstü qızaranadək bişirin.
- Reyhan əlavə edə, makaronla birlikdə yeyə bilərsiniz..
Haqqında: Damağınızın dadını dəyişmək üçün gözəl seçımdir.Nuş olsun!
Nyudi
Hiç yorum yok:
Yorum Gönder