
z
Ərzaqlar
- Yarım paket “borucuq” makaron
- 1 kasa doğranmış parmezan pendiri
- Beşamel sousu üçün:
- 1/2 xörək qaşığı kərə yağı
- 1,5 xörək qaşığı un
- 1 stəkan süd
- Duz
- Qara bibər
- Döyülmuş muskat
- Ət sousu üçün:
- 200 qram çəkilmiş qoyun əti
- 1 baş doğranmış soğan
- 1 xörək qaşığı yağ
- 1 xörək qaşığı tomat
- 1 ədəd doğranmış pomidor
- 1/2 incə doğranmış cəfəri
- Duz
- Qara bibər
- Müxtəlif ədviyyatlar
Hazırlanması
- Tavaya bir qədər su töküb qaynadın, makaron və duz atıb yaxşıca bişirin.
- Başqa qabda isə bir tavaya azacıq kərə yağı tökün, incə doğranmış soğan tökün, qoyun ətini əlavə edin, bişənə qədər qovurun.
- Bir qədər su əlavə edin, ədviyyatları və duzu töküb qarışdırın, ən axırda cəfərini əlavə edin.
- Bişmiş makaronun suyunu süzün, makaronları yağlanmış şüşə qaba dzün. Makaronların bir-birinə yapışmaması üçün yumurta, parmezan pendiri və ya holland pendirindən istifadə edə bilərsiniz.
- Yaxud da bir yumurta sındırıb çalın, makarona qatın və onları düzün.
- Makaronların hamısını düzəndən sonra aralarını və içlərini çay qaşığı ilə ahəstə şəkildə doldurun, qalan ətli sousu üzərinə tökün.
- Beşamel sousu üçün də tavaya kərə yağı atın, un əlavə edin, sonra yavaş-yavaş süd töküb qarışdırın.
- Məhlulun bircinsli olması üçün duz, qara bibər və muskat əlavə edərək qarışdırın.
- Alınmış sousu sonra ətli sousun üzərinə tökün, axırda doğranmış holland pendiri əlavə edin.
- Bütün bunları sobaya qoyun, üstü qızarana qədər bişirin, bişəndən sonra şüşə qabdan çıxarın.
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Beşamel Souslu Makaron
Hiç yorum yok:
Yorum Gönder