Ərzaqlar
- Xəmir üçün:
- 1 ədət yumurta
- bir yarım su stəkanı un
- yarım stəkan ərinmiş yağ
- yarım stəkan süd
- 15 qr yaş maya
- yarım stəkan şəkər
- 1 çay qaşığı duz
Krem üçün:
- 3 şorba qaşığı un
- 1 su stəkanı süd
- yarım su stəkanı şəkər
- yarım çay stəkanı krem
- üzərinə səpmək üçün pudra şəkəri.
Hazırlanması
- İlıq 1 su stəkanı südün içinə mayanı əlavə edin.
- Eyni qabın içinə maye yağ, şəkər, yumurta, duz, unu əlavə edib yoğurun.
- Yoğururken unu az-az tökün. Mayalanması üçün üstünü örtüb 30 dəqiqə qədər gözlədin.
- Bir qazana unu, vanili, südü və şəkəri qoyub zəif atəşdə tündləşənə qədər qarışdırın.
- Krem tündləşdikdən sonra soyuması üçün bir az gözlədin.
- Soyuduqdan sonra üzərinə kremi əlavə edib qarışdırın.
- Beləliklə kremimiz də hazır oldu.
- Mayalanan xəmirdən tenis topu boyda yumru kündələr kəsib düzəldirik, yağladığımız soba qəliblərinə qoyuruq.
- Sobanı 170 dərəcədə açıb bir az isitdikdən sonra xəmirləri sobaya veririk.
- Bir az qızarana qədər sobada bişirin. Bişən xəmirləri sobadan çıxardıqdan sonra soyumalarını gözləyirik.
- Soyuyan xəmirləri bıçaqla ortasından bir az kəsirik və içinə hazırladığımız kremi doldururuq.
- Son olaraq kremli priojnamızın üzərinə pudra şəkəri səpirik. beləliklə pirojnamız hazırdı.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, kremli pirojnanız yumşaq olacaq.Nuş olsun!
Kremli Pirojna
Hiç yorum yok:
Yorum Gönder