
Ərzaqlar
- 1 paket hazır qaracabəy mantısı
- 1 ədəd bişmiş bütöv toyuq
- 1 kasa bişmiş noxud
- 500 qram sarımsaqlı qatıq
- 3 xörək qaşığı kərə yağı
- Pul bibər
- Qara bibər
- Duz
Hazırlanması
- Bütöv toyuğu 2 xörək qaşığı kərə yağı, duz, qara bibərlə yaxşıca buğa verin.
- Bəzi tərəflərdə bu prosesə “buğlama” da deyilir.
- Qaracabəy mantısını şüşə qaba düzün, sobada bir az isidin, sonra üzərinə qaynanmış toyuq suyu (bulyon) tökün.
- Toyuq ətini mantıların üzərinə didib tökün və yenidən sobaya qoyaraq suyu çəkilənə qədər qabı fırladaraq bişirin.
- Qabı sobadan çıxarandan sonra təamın üzərinə sarımsaqlı qatıq, bir xörək qaşığı kərə yağında qızardılmış pul bibər tökün.
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Karacabey Mantısı
Hiç yorum yok:
Yorum Gönder