
Ərzaqlar
- 3 kq qoyun qabırğası
- 1,5 su st. düyü
- 250 q qoyun əti
- 1 ç.q. bəyaz istiot
- 1 ç.q. qara istiot
- 0,5 qəhvə qaşığı darçın
- 1 ç.q. duz
- 2 soğan
- 0,5 su st. badam
- 0,5 su st. antep fıstığı
- 0,5 dəstə cəfəri
qapağı bərkitmək üçün:
- 1,5 su st. un
- 1 x.q. duz
- 1 st su
sous:
- 1,5 x.q. qatıq
- 1 x.q. kərə yağı
- 4-5 budaq rozmarin
Hazırlanması
- Düyünü duzlu suda 10-15 dəqiqə isladın.
- Qabırğanın üzərini cib kimi kəsin. 1 soğanı xırda doğrayın.
- Düyünü, antep fıstığını (yaxud qovrulmuş badam, dolma (şam) fıstığı), istiot, bəyaz istiot, doğranmış cəfəri, xırda doğranmış quzu ətini, azca duz, darçın əlavə edib qarışdırın. Quzu qabırğasının içinə doldurun.
- Ağzını tikin. İri qazana qoyun. Üstünə su tökün. Yanına bir iri bütöv (qabığı təmizlənmiş) soğan qoyun.
- Qazanın qapağını örtün.
- Kip olsun deyə un, su və duzdan xəmir yoğurun, qapağın qırağı ilə qazanın ağzına xəmiri yapışdıraraq bərkidin 2 saat vam odda bişdikdən sonra siniyə qoyun.
- Üzərinə kərə yağı, qatıq, istəsəniz, azca tomat pastasının qarışığından olan sous çəkin. Rozmarin səpin. Sobada üstü qızaranadək bişirin. Nuş olsun!
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
Qabırğa Dolması
Hiç yorum yok:
Yorum Gönder