2 Temmuz 2015 Perşembe

Soyutma

Ərzaqlar


  • 1,5 kq sümüklü qoyun əti

  • 1 ədəd baş soğan

  • Ç.q ucunda sarıkök

  • Duz

  • Istiot


Hazırlanması


  1. Yuyulan əti qazana qoyub bişiririk.

  2. Suyu qaynamağa başlayanda kəfini yığırıq.

  3. Bişməyə 15-20 dəq qalmış əti suyundan çıxarıb əti qazana yenidən yığırıq.

  4. Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

  5. Xırda doğranmış soğanı və sarıkökü ətin üstünə tökürük.

  6. Üstünə duz, istiot və ətin suyundan əlavə edirik.

  7. Hazır olana qədər bişiririk. (Az qatı suyu qalmalıdır).



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!


 



Soyutma

Hiç yorum yok:

Yorum Gönder