
Ərzaqlar
- Yarım su stəkan makaron
- Kifayət edəcək qədər su
- 3 ədəd orta ölçülü badımcan
- 4 xörək qaşığı duru yağ
- 1 xörək qaşığı kərə yağı
- 1 ədəd kiçik ölçülü soğan
- 250 qram qıyma
- 3-4 ədəd incə doğranmış uzunsov bibər
- 1 çay qaşığı tomat
- 2-3 budaq yaşıl reyhan
- Duz
- İstiot
Hazırlanması
- Makaronu duzlu suda qaynadıb süzdükdən sonra qırağa qoyun.
- Badımcanları ikiyə bölüb içlərini çıxarın.
- İçlərinə duru yağ sürtün.
- Əvvəldən isidilmiş 180 dərəcə sobada yüngülcə qızarana qədər bişirin.
- Kərə yağını əridib incə doğranmış soğanı rəngi dəyişənə qədər qovurun. Üzərinə qıymanı əlavə edin.
- 5 dəqiqə sonra uzunsov bibər və tomatı əlavə edin.
- Bibər bir az qovrulunca incə doğranmış pomidor, duz və qara bibəri əlavə edin.
- Bir neçə dəqiqə sonra qaynadılmış makaronu əlavə edin. 2-3 dəqiqə bişirib kənara qoyun.
- Sobada yüngülcə bişirdiyiniz badımcanların içinə makaronlu içliyi əlavə edin.
- Bir soba qabına yerləşdirib əvvəldən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişirin.
- Reyhan yarpaqları ilə bəzəyərək servis edin..
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Badımcanlı Makaron
Hiç yorum yok:
Yorum Gönder