
Ərzaqlar
- 1,5 stəkan qaragilə
- 4-6 x.q. şəkər tozu
Xəmir üçün
- 2 stəkan un
- 200 qram kərə yağı və yaxud marqarin
- 2-3 x.q. şəkər tozu
- 1 ç.q. vanil şəkəri
- Bir çimdik duz
- 1 yumurta sarısı
Şirə üçün:
- 180-200 qram xama
- 2 ədəd yumurta
- 2-3 x.q. şəkər tozu
- 1 ç.q. vanil şəkəri
- 2 xəqə kartof nişastası
Hazırlanması
- Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin.
- Qaragiləni yuyub, təmizləyin.
- Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.
- Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin.
- 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin.
- Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin.
- Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.
- Piroqun şirəsini hazırlamağa başlayın.
- Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.
- Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.
- 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.
- İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz.
- Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qaragilə piroqu yumşaq olacaq.Nuş olsun!
Qaragilə Piroqu
Hiç yorum yok:
Yorum Gönder