
Ərzaqlar
- 5 ədəd yumurta
- 1 ədəd xama
- 200 qr şəkər
- 200 qr un
- 1 ədə vanil
- 1 ədəd qabartma tozu
- Krem üçün:
- 380qr qatılaşdırılmış süd
- 350 qr yağ
- 1 ədəd vanil
- Pudra şəkəri
- Kakao
- Doğranılmış qoz
Hazırlanması
- Yumurtanın ağı sarısından ayrılaraq çalınır.
- Şəkər tozu az-az əlavə olunaraq çalınır.
- Yumurtanın sarısı əlavə olunur.
- Xamaya 1 çimdik soda əlavə edib qarışdırdıqdan sonra kütləyə əlavə olunur.
- Qarışdıqdan sonra un, vanil və qabartma tozu tökülür.
- Qarışdırılır əgər düyüm –düyüm qalarsa çırpıcı ilə qarışdırın 180 dərəcədə 20 dəqiqəyə bişir
- ilk 10-15 dəqiqə sobanın ağzını açmayın.
- Kremin hazırlanması: Otaq tempraturundakı yumuşalmış yağı qaynadılmış qatılaşdırılmış südü 5-6 x.q pudra şəkəri və vanili qarışdıraraq mikserlə yaxşıca çalın.
- Şəkildəki hazırladığım tort 2 biskvitlidir ,biskvitlərin arasına krem çəkdikdən sonra qoz səpin və ya kremlə qozu qarışdırın, kənarlarına da çəkin.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qozlu tortunuz yumşaq olacaq. Nuş olsun!
Qozlu Tort
Hiç yorum yok:
Yorum Gönder