
Ərzaqlar
- 1 st. un
- 1 yumurta
- 1 st. qatıq
- 0,5 st. şəkər tozu
- 1 dolu ç.q. qabartma tozu
- 1-2 x.q. bal
- Kremi üçün:
- 300 q qatı xama
- 1/3 st. şəkər tozu
- 1 ovuc qara gavalı
- Bəzək üçün:
- 100 q qovrulub xırdalanmış qoz
Hazırlanması
- Biskvitin ərzaqlarının hamısını qarışdırın.
- Bal əlavə edin. Əgər bal qatıdırsa, onu bir az əridin.
- Hamısını eynicinsli kütlə alınanadək mikserlə çalın.
- Xəmiri 22-24 sm diametrli kənarları açılan qaba tökün, 190 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin.
- Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
- Soyuyandan sonra ortadan iki bərabər yerə ayırın.
- Qara gavalını yuyub blenderdə xırdalayın, yaxud çox xırda doğrayın.
- Krem üçün xama ilə şəkər tozunu qarışdırıb mikserlə çalın.
- Stəkanla, yaxud başqa bir forma ilə korjlardan dairələr kəsin.
- Biskvitin artıqlarını blenderdə xırdalayın, pirojnaların üstünə vurmağa gərək olacaq.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, gavalılı pirojnanız yumşaq olacaq.Nuş olsun!
Gavalı İlə Pirojna
Hiç yorum yok:
Yorum Gönder