
Ərzaqlar
- 1 kq un
- 3 ədəd yumurta
- 1 ç.q duz
- 1 ç.q limon suyu
- 25 q kərə yağı
- 1,5 st ilıq suYaymaq üçün:
- 200 q buğda nişastasıŞərbət üçün:
- 6 st şəkər tozu
- 3 st su
- 1/4 limon
- 2 st süd
- 100 q irmikİçlik üçün:
- 300 q fıstıq ləpəsi ya da qoz ləpəsi
- Yağlamaq üçün: 500-600 q kərə yağıQaymaq üçün:
- 2 st süd
- 100 q irmik
Hazırlanması
- Bu ölçülərlə iki qab şobyet hazırlamaq olur.
- Fıstıq ləpəsini maşından keçiririk.
- Süd ilə irmiyi qarışdırıb qatılaşana qədər bişiririk. Qoyuruq kənara soyuyur.
- Unu bir qaba ələyib urtasını açırıq.
- Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik.
- Qarışdırırıq və əlimiz ilə bərk xəmir yoğururuq.
- Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq.
- Sonra xəmirdən 20 ədəd kündə düzəldirik.
- Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.
- Yağı əridirik. Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq.
- Bacardığınız qədər nazik açın. Yuxaların 10 ədədini yayıb yağlayıb üst-üstə yığırıq.
- Qoğaldakı kimi. Bıçaqla 7x7sm kvadraklar kəsirik.
- Hər kvadratın ortasına 1 ç.q qaymaq və 1 ç.q fıstıq töküb qatlayırıq.
- Bu qayda ilə hazırlayıb qabı yağlayıb yığırıq. Üç hissələri alta olmaqla yığmaq lazımdı. Bişdikdə ağzı aralanmasın.
- Növbəti 10 ədəd kündəni də yayıb eyni qayda ilə hazırlayırıq.
- Qalan yağı üstünə töküb 180-190 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
- Bişənədək şərbəti hazırlayırıq. Şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyuruq.
- Qarışdırırıq. Qaynamağa başlayanda limon dilimini əlavə edib 3-5 dəqiqə də qaynadıb götürürük.
- Paxlava bişdikdə sobadan çıxarırıq.
- İsti şərbəti sobadan çıxan isti paxlavanın üstünə tökürük.
- Üstünə çəkilmiş fıstıq tökürük. Ən azı 2-3 saat qalmalıdır ki şərbəti özünə çəksin.
- Şərbəti özünə çəkdikdən sonra paxlavanı çay süfrəsinə verə bilərsiniz.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, şöbyet yumşaq olacaq.Nuş olsun!
Şöbyet
Hiç yorum yok:
Yorum Gönder