
Ərzaqlar
- 1 biskvit üçün:
- 100 q şəkər tozu
- 100 q un
- 2 ədəd yumurta
- 1 çimdik vanil
- Krem üçün:
- Kərə yağı
- Qatılaşdırlımış süd
- Vanil
Hazırlanması
- Yumurtanın ağını sarısından ayırırıq. Ağını mikserlə çalırıq.
- Şəkər tozu və vanili asta-asta əlavə edirək çalmağa davam edirik.
- Ağarandan sonra qaşıqla yumurtanın sarısını əlavə edib yenə çalırıq.
- Daha sonra unu və vanili əlavə edib, taxta qaşıqla astaca qarışdırırıq.
- 200 dərəcəyə kimi qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. 4 belə biskvit hazırlayırıq.
- Daha sonra yağı, qatılaşdırılmış südü və vanili mikserlə krem halına gələnə kimi çalırıq.
- 2 biskviti kremin köməyi ilə birləşdirib yapışdırırıq.
- Diş çöpünün hər başına bir ip bağlayıb, şəkildə gördüyünüz kimi birini mərkəzə batırırıq, o biri tərəfi ilə dairə çəkirik.
- Birinci 2 biskvitin üstündən dairə çəkilir və kəsilən üçkünc hissəni saxlayırıq.
- Kəsilən içliyi atmırıq. Qırmızı qida boyası ilə rəngləyirik və çəngəl ilə əzib xırdalayırıq.
- Ehtiyatla içliyi kəsilən yerə tökub doldururuq və saxladığımız üçkünc hissəni qırmızı içliyin ortasına yerləşdiririk.
- Əvvəl kəsilmiş üçkünc ortalığı içliyin ustunə – ortaya qoyuruq.
- Yerdə qalan iki biskviti də tortun üstünə qoyub kremləyirik. Nuş olsun!
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ürək tortu yumşaq olacaq.
Ürək Tortu
Hiç yorum yok:
Yorum Gönder