
Ərzaqlar
- 125 q fındıq
- 125 q badam
- 100 q ərik qurusu
- 100 q əncir qurusu
- 100 q qəhvəyi şəkər tozu
- 60 q un
- 40 q kakao
- 2 ç.q. limon sedrası
- 2 ç.q. darçın
- 1/2 ç.q. zəncəfil tozu
- 200 q bal
- 40 q şəkər pudrası
Hazırlanması
- Formanın içinə perqament döşəyin,
- kərə yağı ilə yağlayın. Fındığı tavada qovurun, dəsmalın arasına qoyub ovuşdurun, qabığı təmizlənəcək.
- Fındığı, badamı iri, quru meyvələri xırda doğrayın, qarışdırın.
- Xırda doğranmış limon sedrası əlavə edin.
- Unu ədviyyat və kakao ilə qarışdırıb quru meyvə qarışığına əlavə edin.
- Tavada balı şəkər tozu ilə qarışdırın, vam odda şəkər tozu əriyənədək qızdırın.
- Qaynara düşəndə götürün, quru qarışığun üzərinə tökərək qarışdırın.
- Bu zaman cəld tərpənmək lazımdır, çünki kütlə tez qatılaşır.
- İçinə perqament döşənib yağlanmış formanın içinə tökün.
- Qaşıqla hamarlayın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
- Hazır piroqu formada soyudun, üzərinə şəkər pudrası səpin. Nuş olsun!
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, panforte yumşaq olacaq.
Panforte
Hiç yorum yok:
Yorum Gönder