
Ərzaqlar
- Xəmir üçün:
- Xama – 2 st.
- Şəkər – 1,5 st.
- Yumurta – 2 əd.
- Nişasta – 3 x.q.
- Araq – 3 ç.q.
- Soda – 1,5 ç.q
- Un – lazım olduğu qədər (təxminən 2 st.)Krem üçün:
- Un – 2 x.q.
- Süd – 0,5 st.
- Yağ – 100 – 150 q.
- Konyak – 1 x.q.
Hazırlanması
- Bütün xammalları qarışdırıb, axırda nişasta və un tökün, qatı xamaya oxşar xəmir hazırlayın.
- Xəmiri iki hissəyə bölün, bir hissəyə iki çay qaşığı kakao tozu əlavə edin.
- Ağ və qəhvəyi xəmirlərin hərəsindən iki kökə bişirin.
- Soyuduqdan sonra aralarına krem çəkib, üst-üstə qoyun.
- Unu süddə tam həll edib, qarışdıra-qarışdıra bişirin, soyuduqdan sonra yumşaldılmış kərə yağına az-az qatıb, krem çalın.
- Kremə sonda konyak əlavə edin. Nuş olsun.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, xatirə tortu yumşaq olacaq.
Xatirə Tortu
Hiç yorum yok:
Yorum Gönder