8 Ağustos 2015 Cumartesi

Ərikli Pirojna

Ərzaqlar


  • Yumurta- 4ədəd

  • Un-100 q

  • Şəkər tozu-200q

  • Kərə yağı-100 q

  • Qatılaşdırılmış süd-150 q

  • ərik mürəbbəsi-50 q


Hazırlanması


  1. Əvvəlcə şəkər tozu ilə yumurtanı bərk olana qədər birlikdə çalırıq.

  2. Sonra isə üzərinə un töküb yenə qarışdırırıq.

  3. Qaba töküb 210 °-də 30 dəqiqə bişiririk. Bişdikdən sonra onları kəsirik.

  4. Kremi hazırlamaq üçün yağı və qatılaşdırılmış südü çalırıq.

  5. Daha sonra 2 ədəd kəsdiyimiz hissəni götürürük, arasını kremləyib üzərinə ərik mürəbbəsi çəkirik.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ərikli pirojnanız yumşaq olacaq.Nuş olsun!



Ərikli Pirojna

Hiç yorum yok:

Yorum Gönder