
Ərzaqlar
- 9 şorba qaşığı manna yarması (90 qr)
- 10 şorba qaşığı şəkər (150 gr)
- 1 lt süd
- 1 paket vanil
- 25-30 dənə çiyələk
- 1 ədəd hazır kakaolu keks
Hazırlanması
- Manna yarmasını, şəkəri və südü bir qazana qoyun və qarışdıraraq pudinq kimi bişirin. Bişdikdən sonra altını söndürün.
- Vanil əlavə edib, bir dəfə daha qarışdırın.
- Pundinqin yarısını orta boy bir qaba tökün.
- Tökmədən əvvəl, qabı bir az suyla isladın. Bu şəkildə qudinqi tərs çevirərkən yapışmasını önləyəcəyik.
- Üzərinə küp küp doğradığınız kakaolu keksi yayın.
- Keksin üstünü ortadan ikiyə və ya üçə bölərək dilimlədiyiniz çiyələklərlə örtün.
- Qalan pudinq ilə çiyələklərin üzərini örtün.
- İkram edəcəyiniz zaman, xidmət qabına tərs çevirin. Şirniyyatınızı çiyələk və kokos ilə bəzəyə bilərsiniz.
Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.
Çiyələkli Manna yarması Tortu
Hiç yorum yok:
Yorum Gönder