30 Haziran 2015 Salı

Ciyər Kotleti

Ərzaqlar


  • 500 q toyuq ciyəri

  • 1 baş soğan

  • 1-2 diş sarımsaq

  • 1 yumurta

  • 5 x.q. manna yarması

  • duz, istiot

  • bitki yağı (qızartmaq üçün)


Hazırlanması


  1. Qaraciyəri, soğanı, sarımsağı kombaynda eynicinsli kütlə alınanadək xırdalayın, yaxud ət maşınında çəkin.

  2. Duz, istiot, yumurta vurun, qarışdırın.

  3. Manna əlavə edib qarışdırın, 30-40 dəqiqə saxlayın.

  4. Qızdırılmış tavada 1 x.q. olmaqla yağa salaraq hər iki üzünü qızardın.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!



Ciyər Kotleti

Hiç yorum yok:

Yorum Gönder