
Ərzaqlar
- 1 litr süd
- 1.5 su stəkanı şəkər
- 2 şorba qaşığı qarğıdalı nişastası
- 2-2.5 şorba qaşığı kakao
- 2 şorba qaşığı un
- 75 qram kərə yağı
- 1 paket vanil
- 80 qramlıq 1 paket südlü şokolad
- Istəyə bağlı olaraq, üzərinə və ya içinə əlavə etmək üçün: 3 şorba qaşığı döyülmüş qoz-fındıq və ya qoz
Hazırlanması
- Qazana şəkər, nişasta, un, kakaonu əlavə edib bir az südlə əzərək qarışdırın.
- Ardından qalan südü də əlavə edib, pudinq kimi bişirin.
- Qaynamağa başlayınca altını söndürün.
- Içinə kərə yağı, vanil və şokoladı və ya istəsəniz qoz-fındıq da əlavə edib, qarışdıraraq yaxşıca əridin.
- 2 sm qalınlığında olacaq şəkildə düz qaba tökün.
- Yaxşıca soyuyunca buzluğa qoyun. Ən az 2 saat donsun.
- Yemədən 20 dəqiqə əvvəl buzluqdan çıxardıb bir az yumşaltmaq lazımdır, çünki çox sərt olur.
- İstəsəniz dilimləyərək qabda, istəsəniz də Alaska Frigo Buz kimi alüminium folyoya sarıb süfrəyə təqdim edəbilərsiniz.
Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.
Frigo
Hiç yorum yok:
Yorum Gönder