
Ərzaqlar
- 1 kq hinduşkanın döş əti (sümüksüz və dərisiz)
Marinad:
- 3 st. su
- 2 x.q. iri duz
- 2 x.q. qəhvəyi şəkər tozu
- 1 ç.q. qara dənəvər istiot
- 2 dəfnə yarpağı
Qlazur üçün:
- 2 x.q. duru bal
- 2 x.q. zeytun yağı
- 1 x.q. soya sousu
- 1 x.q. şirin paprika
- 1 ç.q. istiot qarışığı (qara, çili, kayen)
Hazırlanması
- Hinduşkanın döş ətini qığırdaq, piy və pərdədən təmizləyin.
- Marinadın ərzaqlarını qarışdırın. Hinduşka ətini içinə qoyun. Plyonkaya büküb, yaxud qabın ağzını qapaqla örtüb 24 saat soyuducuda saxlayın.
- İkinci gün: hinduşka ətini qurudun. Qlazur üçün olan ərzaqları qarışdırın (içinə sarımsaq da əzib qata bilərsiniz), ətin üzərinə çəkin. Əti rulet kimi bükün, kulinar ipiylə bağlayın. Qlazurda 3-4 saat (ən gözəli isə 24 saat saxlayın).
- Üçüncü mərhələ: tavanın içinə folqa döşəyin, ruletlərini içinə qoyun və 160 dərəcə qızdırılmış sobanın orta gözünə qoyun. 1 saat bişirin. Arada iki dəfə çıxarıb şirəsini üstünə gəzdirin.
- 1 saat sonra dərəcəni 180-dək artırın. Ruletlər olan sinini sobanın yuxarı gözünə qoyun. Daha 15 dəqiqə bişəndən sonra hazırdır.
- Azca dinləndirin. Doğrayıb boşqablara yığın.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
Marinadlı Ballı Hinduşka
Hiç yorum yok:
Yorum Gönder