
Ərzaqlar
- Qoyun içalatı (ağciyər, qaraciyər, ürək, böyrək) – 250 qram,
- Baş soğan – 2 ədəd,
- Quyruq yağı– 50 qram,
- Duz – 1 çay qaşığı,
- Üyüdülmüş qara istiot – ½ çay qaşığı,
- nar dənələri – 30 qram,
- Kartof – 2 ədəd,
- Badımcan – 2 ədəd,
- Şirin bibər – 1 ədəd,
- Pomidor – 2 ədəd,
- Nazik lavaş – 3-4 ədəd.
Hazırlanması
- Qoyun əti yuyulmalı, qurulanmalı, nazik pərdəsi təmizlənməli və kiçik tikələrə doğranmalıdır. Soğan təmizlənməli, yarımhalqa halında doğranmalıdır.
- Dərin tavada və ya qazanda quyruq yağı əridilməli, ət qoyulmalı, nazik qabıq əmələ gələnədək təxminən 5-7 dəqiqə güclü odda qızardılmalıdır. Alov azaldılmalı. soğan əlavə edilməli, duzlanmalı və istiot vurulmalıdır və hazır olanadək yenə də 20 dəqiqə qızardılmalıdır, sonra isə nar dənələri əlavə edilməlidir.
- Kartof və badımcanlar təmizlənməli, iri doğranmalıdır. Bibərlər yuyulmalı, toxumu və aralıqlar təmizlənməli, 8 hissəyə bölünməlidir. Pomidorlar yuyulmalı və dairəvi şəkildə doğranmalıdır.
- Qalan piy ayrıca tavada qızdırılmalı, hazır olanadək ayrı-ayrılıqda kartof, badımcanlar, bibər və pomidorlar qızardılmalıdır. Süfrəyə verilərkən ət sacın ortasına, tərəvəzlər kənarlarına düzülməli, lavaş 4 yerə bölünməli və sacın üzərinə qoyulmalıdır.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
Sac İçi
Hiç yorum yok:
Yorum Gönder