
Ərzaqlar
- Hinduşka filesi – 150-200 q.
- Tomat pastası – 2 x. q
- Soğan – 2 ədəd
- Kartof – 4 ədəd
- Pomidor – 2 ədəd
- Bibər – 1 ədəd
- Göyərti
- Azərduz yodlu narın xörək duzu,istiot
Üzəri üçün:
- 4 ədəd hazır yuxa
- 2 ədəd yumurta
- Əridilmiş yağ
- Xama
Hazırlanması
- Kartofları doğrayıb,yumşalana kimi bişiririk.
- Suyuna azca duz atırıq.
- Fileni də kartof kimi doğrayırıq, üstünə soğan və bibəri xırda-xırda doğrayıb əlavə edirik.
- Duzlayıb, istiotlayıb yağda yumşalana kimi qızardırıq.
- Xamayla yumurtanı qarışdırırıq.
- Lavaşların hər iki üzünə bu qarışımdan çəkirik.
- Qazanı isidib, dibini yağlayırıq.
- Lavaşları səliqə ilə qazana düzürük.
- Bişmiş kartofla fileni qarışdırıb üstünə göyərti və pomidoru əlavə edirik.
- Qazana sərdiyimiz lavaşın üzərinə bu qarışıqdan töküb lavaşın yarısını örtürük.
- Daha sonra qarışığın ikinci hisəsini də töküb lavaşla üzərini örtürük.
- Qazanı ağzı açıq halda qoymaq şərtilə öncədən 200 dərəcəyədək qızdırılmış sobada 20-25 dəq bişiririk.
- Gözəl və şahlara layiq yeməyimiz hazırdır. Nuş olsun!
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
Hinduşkalı Sarma
Hiç yorum yok:
Yorum Gönder