
Ərzaqlar
- 2 kq təzə meyvə
- 30 qram jelatin
- 2 dənə meyvə jelesi
- Şəkər zövqə görə
- ¼ çay q. qida boyayıcı
Hazırlanması
- Jelatin və meyvə jelesini üzərində yazıldığı qədər su ilə isladın və şişməyini gözləyin.
- Qazana 2 litr su tökün, üstünə şişmiş jelatin və jeleni, şəkər zövqə görə, qida boyayıcı əlavə edin və qaynayana qədər gözləyin.
- Qaynamamalıdır.
- Otaq temperaturunda soyudun.
- Meyvələri yuyun, qurudun, və dilim formasında doğrayın.
- Tort-jele hazırlayacağınız qaba yanları hndür olmaq şərti ilə bir qat 1 neçə qaşıq jele tökün. (təxminən 1 sm qalınlığında)
- 10 dəqiqə buz dolabında saxlayın.
- Donmuş jelenin üstnə meyvələrdə 1 qat düzün.
- Yenə üstünə jelü tökün və buz dolabına qoyun.
- Bu prosesi bütün meyvələrin üstü jele ilə tutulanadək davam edin.
- 1 neçə saat soyuducuda saxlayın.
- Servis etməzdən əvvəl qabı qaynar suya salıb çıxardın və tez nimçəyə əyib boşaldın.
Nuş olsun!
Meyvəli tort-jele şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Meyvəli tort-jele