
Ərzaqlar
- 4 dilim yağ, yağlamaq üçün biraz da artıq
- ¾ fincan kakao, üzərinə səpmək üçün biraz da artıq
- 4 fincan un
- 4 fincan şəkər tozu
- ½ çay qaşığı duz
- 2 fincan qaynamış su
- 1 fincan yağlı süd
- 2 çay qaşığı soda
- 2 çay qaşığı vanil
- 4 yumurta, çalınmış
- Arası üçün:
- 4 ədəd yetişmiş çiyələk
- ½ fincan şəkər
- 2 yemək qaşığı vanil
- 1 paçka krem şanti
- 1 fincan şəkər pudrası
- 3 fincan sokolad yağı, nutella
Hazırlanması
- Biskivit üçün: 1 kasada un şəkər tozu və duz qarışdırılır.
- Yağ tavaya əlavə olunur və əridilir,üzərinə kakao əlavə edilib qarışdırılır.
- Sora üzərinə qaynamış su əlavə edilib azca 30 saniyə müddətində qaynadıldlqdan sonra ocaqdan götürülür, un əlavə edilib yavaşca qarışdırılır və soyumağa qoyulur.
- Yağlı süd,soda, vanil və çalınmış yumurta bir yerdə qarışdırıldıqdan sonra bu qarışım kakolu yağın üzərinə əlavə edilib biryerdə qarışdırılır.
- qarışım tavalara tökülür və əvvəlcədən isidilmış sobada 20 dəqiqə ərzində bişirilir. Bişdikdən sora soyudulur.
- Arası üçün: çiyələklər doğranır və sonra bir kasada şəkər tozu və vanil ilə birlikdə qarışdırılır.
- 15 dəqiqiə ərzində yumuşalmasi gözlənir və sonra çıxan suyu süzülür.
- Ayrı qabda şəkər tozu və krem şanti qarışdırılır.
- Sonda biskivitlərin üzərinə krem şanti və çiyələklər qatbaqat düzülür. 1 saat gözlədildikdən sonra yeyilə bilər.
Nuş Olsun!
Çiyələk şokolad qatlı tort həm meyvəli həm şokoladlı şirniyyatdır.
Çiyələk şokolad qatlı tort
Hiç yorum yok:
Yorum Gönder