15 Aralık 2016 Perşembe

Ballı badamlı şirniyyat

Ərzaqlar


  • 1,5 fincan badam əzməsi yağı 

  • ¼ fincan = 1 yemək qaşığı xam bal 

  • 1 çay qaşığı vanil 

  • ½ fincan təbii hind qozu yağı(əridilmiş və otaq temperaturunda) 

  • Dəniz duzu 

  • 2/3 fincan doğranmış çiy badam 

  • əlavə üstü uçün dəniz duzu


Hazırlanışı


  1. 12 ədəd kiçik keks qablarını hazır qoyun

  2. Orta ölçülü bir kasada badam yağı, bal və vanili krem halına gələnəcən çalın. Üstünə hind qozu yağını əlavə edib tamam həll olunanacan çalın.

  3. Badam və dəniz duzunu da əlavə etdikdən sonra qaşıqla keks qablarına tökün.

  4. 15-20 dəqiqə ərzində tamamən bərkiyənəcən dondurub servis edə bilərsiniz. Qalanlarını soyuducuda saxlayın. Otaq temperaturunda qalarsa əriyə bilər.



Nuş Olsun!


Ballı badamlı şirniyyat bal sevənlər üçün əla fürsətdir.



Ballı badamlı şirniyyat

Hiç yorum yok:

Yorum Gönder