
Ərzaqlar
- 1 fincan yağ
- ½ fincan şəkər
- 3 yemək qaşığı bal
- 2 fincan un
- Bir çimdik duz
- 2 çay qaşığı qurudulmuş lavanda
Hazırlanışı
- Dərin bir qabda yağ, şəkər və balı tamam yüngül və hamar forma alanacan mikserlə çalın.
- Unu, duzu və lavandanı əlavə edib tam qarışanacan yaxşıca qarışdırın.
- 2 ədəd plastik və ya perqament kagız götürüb xəmiri yarı bölərək onların üstünə yayın.
- Kağızın kənarlarında qatlayaraq xəmiri düz uzunsov formada kağızın arasında yerləştirin və 30 dəqiqə buzluqda ya da 2 saat ərzində tamam bərkiyənəcən soyuducuda saxlayın.
- Sobanı 165 dərəcə isidin. Xəmiri soyuducudan cıxarıb dilimləyin və azca yağlanmış tavada 15-20 dəqiqə, üstü saralanacan bişməyini gözləyin. Soyuduqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
Ballı lavandalı peçenye asan hazırlanan peçenyedir.
Ballı lavandalı peçenye
Hiç yorum yok:
Yorum Gönder