20 Aralık 2016 Salı

Manqalda ricottalı və ballı gavalı

Ərzaqlar


  • 1 yemək qaşığı toz şəkər 

  • 6 ədəd gavalı 

  • 1 fincan ricotta (italyan pendiri) 

  • 1 çay qaşığı rəndələnmiş portağal qabığı 

  • 2 yemək qaşığı bal 

  • ¼ fincan qabıqlı püstə


Hazırlanışı


  1. Manqalı orta səviyyədə qızdırın. Gavalıları ortadan bölün. Manqalın dəmirinin üzərinə və gavalının kəsik hissəsinə şəkər tozu səpib qizarmağa qoyun və 1-2 dəqiqə şirələnənədək çevirərək bişirin.

  2. Eyni vaxtda orta ölçülü bir qaba ricotta və portağal qabığını əlavə edərək qarışdırın.

  3. Gavalıları boşqaba düzün,üzərinə ricotta qarışımını qaşıqla yayın və 1-2 damcı bal töküb üstündən püstələri səpin.



Nuş Olsun!


Manqalda ricottali və balli gavali günün hər saatında əvəzolunmaz daddır.



Manqalda ricottalı və ballı gavalı

Hiç yorum yok:

Yorum Gönder