Ərzaqlar
- 150 qram un
- 50 qram kakao tozu
- ½ çay q. qabartma tozu
- 1 çimdik duz
- 150 qram şəkər
- 225 qram kərə yağı
- 4 yumurta
- 200 qram tünd şokolad
Hazırlanması
- Xəmir hazırlamaq üçün 130 qram una, kako, duz, qabartma, 2 xörək q. şəkər, 90 qram kərə yağı, 1 yumurtanı qarışdırın və əllə yoğurun.
- 30 dəqiqə soyuducuda saxlayın.
- Soba qabını yağlayın.
- Xəmiri qabın içinə elə yerləşdirin ki, divarları tamamilə xəmirlə tutulsun.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə bişirin.
- Trufelni iç hazırlamaq üçün şəkər və sudan sirop hazırlayın.
- Odun dərəcəsini azaldın və xırda bölünmüş şokoladları, 135 qram kərə yağını, 3 dənə qarışdırılmış yumurtanı əlavə edə edə qarşdırın.
- Bir kütlə alınanda 20 qram un əlavə edin.
- Bişmiş ovulan xəmirə içi tökün, qaba tərpədərək hamarlayın və 30-40 dəqiqə sobada bişirin.
Nuş olsun!
Trufelli ev tortu fərqli dad sevənlər üçün əla seçimdir.
Trufelli ev tortu
Hiç yorum yok:
Yorum Gönder