
Ərzaqlar
- ½ fincan yağ
- ½ fincan bal
- ¼ fincan qəhvəyi şəkər
- 1 ədəd yumurta
- 1 çay qaşığı vanil
- 1,5 fincan yulaf
- 1 fincan buğda unu
- ½ çay qaşığı soda
- ¼ çay qaşığı duz
- ½ fincan az şəkərli şokolad dənələri
Hazırlanışı
- Sobanı 175 dərəcə qızdırın. Tavaya yapışmayan yemək spreyi ya da yapışmayan kağız sərin.
- Bir kasaya yağ, bal və qəhvəyi şəkəri əlavə edərək mikserlə çalmağa başlayın. Üzərinə yumurta və vanili də əlavə edib krem halına gələnəcən çalın.
- Başqa bir qabda yulaf, un, soda və duzu qarışdıraraq üzərinə əlavə edib birlikdə çaldıqdan sonra sokolad dənələrini də əlavə edib biryerdə qarışdırın.
- Qaşıqla kiçik-kiçik hissələrlə tavaya töküb 8-10 dəqiqə ərzində üzəri azca qızaranadək bişirin. Bişdikdən sonra 5 dəqiqə soyumasını gözləyib sonra tavadan götürün.
- Hava kecirməyən bir qaba qoyaraq saxlaya bilərsiniz.
Nuş Olsun!
şokolad dənəli ballı yulaf peçenyesi şokolad sevənlər üçün əla seçimdir.
Şokolad dənəli ballı yulaf peçenyesi
Hiç yorum yok:
Yorum Gönder