Ərzaqlar
- 3 yumurta
- 1,5 su stəkanı şəkər
- 1,5 su stəkanı xama
- 1,5 su stəkanı un
- ½ su stəkanı xaş-xaş
- ½ su stəkanı kişmiş
- 1 paket qabartma tozu
- ½ su stəkanı qoz ləpəsi
- 200 qram 30%-li qaymaq
- 175 qram kərə yağı
- 1 banka bişmiş süd
Hazırlanması
- Kişmişi yuyun, qurudun.
- 1 korju hazırlamaq üçün 1 yumurta, 05 su stəkanı şəkər, 05, su stəklanı xama, 0,5 su stəkanı un, bir az qabartma, doğranmış qoz növbə ilə mikserlə çalın.
- 2 korju hazırlamaq üçün 1 yumurta, 05 su stəkanı şəkər, 05, su stəklanı xama, 0,5 su stəkanı un, bir az qabartma, bir az xaş-xaş növbə ilə mikserlə çalın.
- 3 korju hazırlamaq üçün 1 yumurta, 05 su stəkanı şəkər, 05, su stəklanı xama, 0,5 su stəkanı un, bir az qabartma, bir az kişmiş növbə ilə mikserlə çalın.
- Sobanı 180-200 dərəcə qızdırın.
- Yumru formada olan soba qabını yağlayın və hər korju 20-25 dəqiqə sobada bişirin.
- Korjlar bişənə qədər krem hazırlayın.
- Qaymağı mikserlə çalın, üzərinə yumşalmış yağ və bişmiş südü əlavə edib qarışdıırın.
- Hazır korjları növbə ilə 1-ci qozlu, 2-ci xaş-xaşlı, 3-cü kişmişlini kremləyin və bir birinin üstünə qoyun.
- Üstünü istəyinizə görə sürtgəcdən keçirilmiş şokolad və kakosla bəzəyə bilərsiniz.
- Sərin yerdə bir neşə saat saxlayın.
Nuş olsun!
Üç görüş tortu
Hiç yorum yok:
Yorum Gönder