
Ərzaqlar
- 1 fincan dolu qəhvəyi şəkər,
- 1 çay qaşığı darçın,
- 1\2 çay qaşığı üyüdülmüş hind qozu,
- 1/2 fincan doğranmış pekan qozu biskivit:
- 2 fincan un,
- 1 çay qaşığı qabartma tozu,
- 1 çay qaşığı soda,
- 1/2 çay qaşığı duz,
- 1/2 fincan kərə yağı otaq temperaturunda,
- 1 fincan ağ şəkər,
- 3/4 fincan alma cemi,
- 1 çay qaşığı vanil,
- 1/2 fincan kəpək unu və ya buğda unu,
- 1 fincan xama,
- 2 ədəd yumurta.
Hazırlanması
- Əvvəlcədən qızdırılmış sobada 175 dərəcədə bişirilir.
- bəzək üçün öncədən qəhvəyi şəkər,darçın,hind qozu və pekan qozu bir yerde qarışdırılıb hazırlanır.
- un,qabartma tozu, soda və duz bir qaba ələnir. yağ və şəkər dərin qabda tam həll olub ağaranadək mikserlə çalınır; yumurta üzərinə əlavə olunur; yumurta yaxşı çalındıqdan sonra üzərinə yağ əlavə olunur.
- alma cemi,vanil kəpək unu və ya buğda unu üzərinə əlavə olunur.
- ələnmiş unun üzərinə xama əlavə olunub qarışdırıldıqdan sonra bütün qarışımlar bir yerdə yaxşıca çalınır.
- isidilmiş tavaya xəmirin yarısı tökülür, bəzək üçün hazırlanmış qarışıqdan üzərinə əlavə olunur, sora xəmirin qalan hissəsi əlavə olunub üzərinə də qalan qarışıq tökülür.
- əvvəlcədən qızdırılmış sobada 40 dəqiqə bişirilir.
- çöplə yoxlayırsan çöpün üstü təmizdirsə deməli içi bişib.
Nuş Olsun!
Alma cemli ədviyyatlı keks hamınızın bəyənəcəyi şirniyyatdır.
Alma cemli ədviyyatlı keks
Hiç yorum yok:
Yorum Gönder