
Ərzaqlar
- Ballı keks üçün:
- ½ fincan kərə yağı, otaq temperaturunda
- ¾ fincan şəkər
- 2 ədəd yumurta
- ½ fincan un
- 1 çay qaşığı qabartma tozu
- ½ çay qaşığı duz
- ½ fincan ayran
- ¼ fincan bal
- 1 çay qaşığı vanil
- Ballı krem pendir dondurulması üçün:
- ¾ fincan kərə yağı, otaq temperaturunda
- 120 qram krem pendir
- 3 fincan şəkər
- 3 yeməkqaşığı bal
Hazırlanışı
- Sobani 175 dərəcə isidin və 12 ədəd kiçik keks qablarını hazırlayın.
- Orta ölçülü bir qabda unu, qabartma tozunu və duzu qarışdırıb kənara qoyun.
- Kiçik ölçülü bir qabda ayran, bal və vanili qarışdırıb bir kənara qoyun.
- Ayrıca bir qabda yağı və şəkəri mikserin orta sürəti ilə tam qarışanacan çalın.
- Yumurtaları bir-bir əlavə edin və hər dəfə kasanın kənarlarını təmizləyərək yaxşıca qarışdırın.
- Un qarışımını və ayranlı qarışımı növbə ilə əlavə edib tam qarışanacan çalın.
- Ucu kəsik krem torbasının köməyi ilə hazır xəmiri keks qablarına tökün.
- 18-20 dəqiqə bişirin.
- Diş çöpünün köməyi ilə bişib bişmədiyini yoxlaya bilərsiniz.
- Bişdikdən sonra 5 dəqiqə soyumasını gözlədikdən sonra tavadan çıxara bilərsiniz.
- Bir qabda yağı və krem pendiri tam qarışanacan mikserlə çalın.
- Şəkəri yavaş-yavaş əlavə edərək çalmağa davam edin.
- Balı əlavə edib qarışdırın.
- Hazır kremi ucu boru şəkilli krem torbasını icinə doldurub dairəvi hərəkətlərlə soyumuş kekslərin üstünü bəzəyin.
- Üzərinə sarı rəngli şəkər səpin.
Nuş Olsun!
krem pendirli keks xüsusi dadlı şirniyyatdır.
Ballı krem pendirli keks
Hiç yorum yok:
Yorum Gönder