
Ərzaqlar
- 250 qram 15%-li xama
- 200 qram kərə yağı
- 3 yumurta
- 2 su stəkanı qəhvəyi şəkər
- 300 qram un
- 1 xörək q. üyüdülmüş püstə
- 4 xörək q. üyudulmüş kofe
- Duz zövqə görə
- 1 paket qabartma
- 200 qram böyürtkan giləmeyvəsi
Hazırlanması
- Unu duz, qabartma tozu və üyüdülmüş püstə ilə qarışdıırn.
- Başqa bir stəkanda 2 xörək q. kofeyə 3 xörək q. qaynar su tökün və soyumağa qoyun.
- Yumşalmış kərə yağını 1 stəkan qəhvəyi şəkər ilə mikserlə çalın.
- Qalan yumurtaları da əlavə edin və mikseri söndürmədən dəmlənmiş kofe və xamanı da qarışığa qatın.
- Un, 100-150 qram böyürtkan giləmeyvəsi əlavə edin və qarışdırın.
- Dairə formasında olan soba qabına yağlı kağız qoyun.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
- Diş çöpü ilə bişməyini yoxlayın.
- Siropu hazırlayın.
- Bir qabda 1 su stəkanı qaynar su, qalan şəkər və 2-3 xörək q. kofeni odda şəkər əriyənə qədər qarışdırın.
- Bişmiş keksi qabdan çıxartmadan diş çöpü və ya taxta çubuq ilə çoxlu deşiklər açın və siropu üstünə tökün.
- 5 dəqiqə yenə sobada bişirin.
- Hazır olduqda soyuduqdan sonra üstünə böyütkan düzün və şəkər tozu səpin.
Nuş olsun!
Böyürtkənli püstəli kofeli keks çox ləzzətli şirniyyatdır.
Böyürtkənli püstəli kofeli keks
Hiç yorum yok:
Yorum Gönder