
Ərzaqlar
- 200 qr qızılı şəkər
- 275 qr qat qat xəmir
- 1 sm zəncəfil çubuğu, təmizlənmiş və sürtgəcdən keçirilmiş
- 4 ədəd banan, nazik doğranmış
- 2 çay qaşığı süd
- Vanilli dondurma
Hazırlanması
- Sobanı 220 dərəcəyə qədər qızdırın.
- ilk öncə karamel sousunu hazırlayaq: qazanda şəkəri 60 ml suda əridin.
- Sonra 5-7 dəqiqə qızılı olana qədər qaynadın.
- Oddan götürün, o rəngini dəyişməyə davam edəcək.
- Xəmirdən 6 dairə götürün.
- Dərin soba qabına 1 çimdik zəncəfil səpin.
- Biraz karamel əlavə edin, üstə bananı və xəmirlə örtün.
- Üzərinə süd çəkn və 20 dəqiqə qaynadın.
- Karamel isti olduğu müddətdə piroqu boşqaba çevirin.
- Dondurma ilə servis edə bilərsiniz.
Nuş olsun!
Zəncəfilli bananlı şirniyyat zəncəfilin xüsusi dad verdiyi şirniyyatdır.
Zəncəfilli bananlı şirniyyat
Hiç yorum yok:
Yorum Gönder