
Ərzaqlar
- 5 yumurta
- 10 yemək qaşığı toz şəkər
- 10 yemək qaşığı un
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 rəndəlnmiş limon qabığı
- yarım limon suyu
- Kremi üçün :
- 1 litr süd
- 3 yemək qaşığı un
- 2 yemək qaşığı nişasta
- 1 su stəkanı şəkər tozu
- 1 paket vanil
- 200 gr labne pendiri
- Araları üçün banan və şaftalı dilimləri
Hazırlanması
- Sobanı 180 dərəcədə isidin.
- Yumurta və şəkəri qabarana qədər qarışdırın.
- İçinə limon qabığı və limon və limon suyunu əlavə edin.
- Un,vanil və qabartma tozunu ələyib yavaşca qarıştırın.
- Yağlanmış soba qabına boşaldıb sobaya qoyun.
- 45 dəqiqə bişirin (kürdanla yoxlayın) Kremi üçün süd, un, nişasta və şəkəri bir qazana töküb ocaqda bişirin.
- 2-3 dəqiqə qaynayanda ocaqdan alıb içinə vanili əlavə edin.
- Tamam soyuması üçün bir kənarda saxlayın.
- Kreminin içinə labneni əlavə edib mikserlə 5-7 dəqiqə qarışdırın.
- Bişən keksi ortadan ikiyə kəsin.
- Bir parçanı servis boşqabına qoyub üzərinə meyvələri yerləşdirin.
- Meyvələrin üzərini krem ilə örtüb digər keks parçasını üzərinə örtün.
- Qalan krem ilə tortu örtüb bu şəkildə 3-5 saat saxlayın.
- Servis etmədən öncə üzərini meyvələr ilə bəzəyin.
Nuş olsun!
Labne pendirli, meyvəli şirniyyat hər mövsümə uyğun şirniyyatdır.
Labne pendirli, meyvəli şirniyyat
Hiç yorum yok:
Yorum Gönder