
Ərzaqlar
- 1 su stəkanı şəkər
- 1 paket vanil
- 1 çimdik duz
- 1 çay q. duru yağ
- 200 qram kərə yağı
- 1 banka bişmiş süd
- 70 qram qara gavalı
- 70 qram quru əncir
- 2 xörək q. doğranmış fındıq
- 50 qram şokolad
- 4 yumurtav
Hazırlanması
- Beze hazırlamaq üçün yumurta otaq temperaturunda olmalıdır.
- Yumurtanın ağını sarısəından ayırın.
- Sarıları bizə laım olmayacaq.
- Mikserlə yavaş sürətlə yumurta ağlarını çalın.
- Ağ köpük formaya düşəndə bir çimdik duz, şəkər tozu və vanil qatın və çalmağa davam edin.
- Şəkər həll olduqda çalmağı saxlayın.
- Alınmış bize xəmirini iki hissəyə bölün.
- Dairə formasında olan soba qabına yağlı kağız qoyun və bize korjlarını əvvəlcədən isidilmiş 100-110 dərəcəli sobada 40 dəqiqədən 1 saat 10 dəqiqəyə qədər növbə ilə bişirin.
- Bişmə vaxtı sobadan və korjun qalınlığından asılıdır.
- Qara gavalı və əncir qurusunu yuyun və qaynar su töküb 1q-1,5 saat saxlayın.
- Sonra suyunu süzün və blendrdə xırdalayın.
- Kremi hazırlayın.
- Kərə yağı və bişmiş südü mikserlə çalın.
- Üzərinə xırdalanmış quru meyvəni əlavə edin.
- Bezeli korjlara krem çəkin və üst-üstə qoyun.
- Kənarlarını da kremləyin.
- Üstünü şokolad ilə bəzəyə bilərsiniz.
Nuş olsun!
Qara gavalılı, əncirli beze tortu çətin hazırlanan şirniyyatdır.
Qara gavalılı, əncirli beze tortu
Hiç yorum yok:
Yorum Gönder