
Ərzaqlar
- Keks üçün:
- 2 yumurta
- 1/2 su stəkanından biraz çox şəkər (3/4 su stəkanı)
- 1 çay stəkanı süd
- 1 çay stəkanı duru yağ
- 1, 5 su stəkanından biraz az un ( 1+1/4 su stəkanı)
- 1 paket qabartma tozu
- 1 portağal qabığı rəndəsi
- Portağal Sousu üçün:
- 3 su stəkanı təzə sıxılmış portağal suyu
- 3 dolu yemək qaşığı nişasta
- Toz şəkər
- Üstü üçün:
- şokolad çubuqları
- Portağal dilimi istifadə edə bilərsiniz.
Hazırlanması
- Keks üçün:
- Yumurta və şəkər qarışdırılır, əvvəlcə durular sonra qatı ərzaqlar əlavə edilib son dəfə qarışdırılır
- Qarışım tart qabına tökülür əvvəlcədən isidilmiş 175 dərəcədə sobada 20 dəqiqəyə qədər bişirilir.
- Bişəndə soyumağa qoyulur.
- Portağal sousu:
- 3 su stəkanı təzə sıxılmış və süzülmüş portağal suyu bir qazana qoyulur, nişastanı əlavə edib qarışdırılır, damaq dadına görə şəkər əlavə edilir və qarışdırılaraq krem olana qədər bişirilir.
- Soyuyanda üzərnə şokolad çubuqları qoyulub bəzədilir.
- Servisə hazırdır.
Nuş olsun!
Portağal souslu tart keksinə portağal xüsusi dad verəcək.
Portağal souslu tart keksi
Hiç yorum yok:
Yorum Gönder