
Ərzaqlar
- 175 qram un
- 75 qram kərə yağı
- 40 qram şəkər tozu
- 6 ədəd limon
- 175 qram sarı şəkər
- 7 yumurta
- 200 qram 40 %-li qaymaq
- 1 çimdik duz
Hazırlanması
- 1 yumurta götürün, ağını sarıdan ayırın.
- Ağını mikserlə çalın.
- Üzərinə şəkər tozu, kərə yağı, duz, yumurta sarısı və 1 xörək q. su əlavə edib xəmir hazırlayın.
- Bərk xəmir alınmalıdır.
- 30 dəqiqə soyuducuda saxlayın.
- Soba qabını yağlayın.
- Xəmiri nazik formada qaba yayın.
- Üzərinə çalınmış yumurta ağını yayın.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20 dəqiqə bişirin.
- 6 limonun qabığını təmizləyin və şirəsini sıxın.
- Qalan yumurtanı, sarı şəkər ilə mikserlə bir kütlə alınana qədər çalın.
- Üzərinə limon şirəsini və sürtgəcdən keçirilmiş limon qabığını, qaymağı əlavə edin və yenidən çalın.
- Bişmiş xəmirin üstünə hər tərəfə yayılmaq şərti ilə tökün və 180 dərəcə temperaturda 30 dəqiqə bişirin.
- Hazır olduqda üstünə şəkər tozu səpin.
- Süfrəyə xama ilə servis edə bilərsiniz.
Nuş olsun!
Qaymaqlı kremli piroq şirniyyatı qaymaq sevənlərin seçimidir.
Qaymaqlı kremli piroq
Hiç yorum yok:
Yorum Gönder