
Ərzaqlar
- 400 qram şəkər
- 1 kq alma
- 200 qram kərə yağı
- 5 yumurta
- 2 çay q. qabartma tozu
- 650 qram un
- 500 qram xama
Hazırlanması
- Kərə yağı 200 qram şəkər və yumurtaları qarışdırın.
- Qabartma tozunu una qatıb qarışığa əlavə edin.
- Almaları yuyun, qabığını təmizləyin və tumlarını çıxardın.
- Nazik dilimlər formasında doğrayın.
- Soba qabını yağlayın və ya yağlı kağız qoyun.
- Xəmirin 2/3 hissəsəini qaba yayın.
- Üzərinə almaları düzün.
- Qalan xəmirdən hörüklər düzəldib piroqun üstünə düzün.
- Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30-35 dəqiqə bişirin.
- Krem hazırlamaq üçün xamanı 200 qram şəkər ilə çalın.
- Piroq bişdikdə isti-isti üstünə krem tökün.
- Soyuduqdan sonra hissələrə bölə bilərsiniz.
Nuş olsun!
Kremli almalı piroq şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Kremli almalı piroq
Hiç yorum yok:
Yorum Gönder