14 Kasım 2016 Pazartesi

Bananlı-şokoladlı çizkeyk-braun

Ərzaqlar


  • 3 yumurta

     


  • 150 qram şokolad

     


  • 80 qram kərə yağı

     


  • 1 xörək q. kakao

     


  • 3 xörək q. şəkər

     


  • 100 qram kəsmik

     


  • 1 ədəd banan

     


  • 3 xörək q. un

Hazırlanması



  1. Şokolad və kərə yağını su vannasında qaynayana qədər əridin.

  2. Kakaonu una qatın.

  3. 2 yumurtanı 2 xörək q. şəkər ilə ağaranadək çalın.

  4. Üzərinə un və şokoladlı qarışığı əlavə edin və qarışdırın.

  5. Alt qat xəmiri hazırdır.

     


  6. Bananın qabığını təmizləyin və ona kəsmik,  1 yumurta, 1 xörək q. şəkər qatıb, yaxşı qarışdırın.

  7. Soba qabını yağlayın.

  8. Şokoladlı xəmiri qaba tökün.

  9. Üstünə kəsmikli-bananlı kütləni əlavə edin.

  10. Çəngəl ilə üstündəki kütləni qarışdırın ki, bişəndə qəşəng forma alsın.

  11. Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.



Nuş olsun!


Bananlı-şokoladlı çizkeyk-braun asan hazırlanan şirniyyatdır.



Bananlı-şokoladlı çizkeyk-braun

Hiç yorum yok:

Yorum Gönder