Ərzaqlar
- Ovulan xəmir üçün:
- 300 qram un
- 150 qram kərə yağı
- 1 yumurta
- Bir çimdik duz
- Şokoladlı krem üçün:
- 200 qram 70%-li şokolad
- 125 qram qaymaq
- 60 qram kərə yağı
- 2 xörək q. şəkər
- 1 çimdik duz
- Karamel üçün:
- 220 qram şəkər
- 60 qram su
- 125 qram qaymaq
- 60 qram kərə yağı
- 1 çimdik duz
Hazırlanması
- Pesoçnu xəmiri hazırlamaq üçün blendr qabında kərə yağı, un, duz, şəkəri qarışdırın.
- Sonra yumurta və bir az su əlavə edin.
- Bir kütlə alınana qədər blendrlə çalın və xəmirdən şar formasında kündə hazırlayın.
- Təxminən 26 sm ölçülü tart qabına yağlı kağız qoyun və xəmiri əllə qaba elə yerləşdirin ki, divarları tamamilə xəmirlə tutulsun.
- 30 dəqiqə soyuducuda saxlayın.
- Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.
- Şokoladlı krem hazırlamaq üçün 125 qram qaymağı odda qaynatmamaq şərti ilə isidin.
- Üzərinə isti-isti 60 qram kərə yağı və xırdalanmış şokolad qatın və şokolad əriyənə qədər qarışdırın.
- Karamelli krem hazırlamaq üçün şəkər su ilə odda əridin, qəhvəyi rəng alana qədər bişirin, üzərinə 60 qram kərə yağı və qaymağı qatın.
- Qaynatmamaq şərti ilə yağ əridikdə odddan götürün.
- Tart xəmirinə karamelli krem sonra şokoladlı kremi tökün.
- 2 saat soyuducuda saxlayın.
Nuş olsun!
Şokoladlı karamelli tart şirniyyatı şokolad sevənlərin seçimidir.
Şokoladlı karamelli tart
Hiç yorum yok:
Yorum Gönder