12 Kasım 2016 Cumartesi

Bananlı karamelli desert

Ərzaqlar


  • 2 ədəd banan

     


  • Karamel şirəsi zövqə görə

     


  • 250 qram qaymaq

     


  • 10 ədəd peçenye

     


  • 2/3 su stəkanı şəkər

     


  • ¼ su stəkanı nişasta

     


  • ½ çay q. duz

     


  • 3 su stəkanı süd

     


  • 2 yumurta

     


  • 2 xörək q. kərə yağı

     


  • 1 xörək q. vanil

Hazırlanması



  1. Bir qazan götürün.

  2. Şəkər, duz, nişasta və südü əlavə edib oda qoyun.

  3. Bərkiyənə qədər qarışdırın.

  4. 2 yumurtanı mikserlə çalın və qarışığa əlavə edin.

  5. Qaynayan kimi oddan götürün, kərə yağı və vanil qatın.

  6. Qaymağı mikserlə çalın.

  7. Soyuducuya qoyun.

     


  8. Desert hazırlamaq üçün forma qabları  götürün.

  9. Peçenyeni ovun və qablara töküb hamarlayın.

  10. Üzərinə bərkimiş kremdən, halqa formasında kəsilmiş banan dilimi və çalınmış qaymaq qoyun.

  11. Qaymağın üstünə peçenye ovuntusu qoyun və karamel tökün.

  12. Bu prosesi bir də təkrarlayın.

  13. Banan dilimləri ilə bəzəyin.

  14. Bir az soyuducuda bərkiməyini gözləyin.



Nuş olsun!


Bananlı karamelli desert şirniyyatı həm meyvə, həm də desert sevənlərin seçimidir.



Bananlı karamelli desert

Hiç yorum yok:

Yorum Gönder