
Ərzaqlar
- 1 çay stəkanı şəkər
- 1 ədəd yumurta
- 1 yemək qaşığı fındıq əzməsi
- 1 çay stəkanı süd
- 1/2 su stəkanı un
- 1 yemək qaşığı kakao
- 1 paket qabartma tozu
- 1 paket vanil
- Üzəri üçün;
- 1 paket tünd və ya südlü şokolad
- Döyülmüş fındıq
Hazırlanması
- qarışdırma qabına yumurta və şəkəri qoyub qarışdırırıq.
- Daha sonra süd, fındıq əzməsi və kakaounu əlavə edib təkrar qarışdırdıqdan sonra un, qabartma tozu və vanili əlavə edirik.
- Keks xəmirini yağladığımız stəkanların yarısına qədər bərabər miqdarda paylaşdırırıq.
- Bir qazana yarısına qədər su töküb stəkanları içinə qoyuruq.
- Qazanda su qaynayana qədər 20-25 dəqiqə saxlayırıq.
- Daha sonra stəkanları sudan götürüb soyuduruq.
- Üzərini əridilmiş şokolad və döyülmüş fındıqla bəzəyirik.
Nuş olsun!
Stəkanda fındıq əzməli keks asan hazırlanan şirniyyatdır.
Stəkanda fındıq əzməli keks
Hiç yorum yok:
Yorum Gönder