
Ərzaqlar
- 1,5 su stəkanı un
- 2 su stəkanı şəkər
- 6 xörək q. 20%-li xama
- 6 xörək q. bişmiş süd
- 1 paket qabartma tozu
- 7 xörək q. kakao
- 300 qram kərə yağı
- 0,6 litr süd
- 4 xörək q. mannı yarması
- 1 paket vanil
- 25 dənə qoz ləpəsi
- 2 yumurta
Hazırlanması
- Yumurta və 1 su stəkanı şəkəri mikserlə çalın.
- Üzərinə bişmiş süd, 4 xörək q. kakao və qabartma tozu ilə qarışdırılmış unu əavə edin.
- Alınmış kütləni 2 hissəyə bölün.
- Soba qabına (yumru formada) yağlı kağız qoyun.
- Əvvəlcədən isidilmiş 130-140 dərəcəli sopbada 30-40 dəqiqə bişirin.
- Diş çöpü ilə xəmirin bişib-bişmədiyini yoxlayın.
- Kremi hazırlayın.
- 3-4 xörək q. mannı yarması, 05, litr süd və yarım stəkan şəkər ilə birlikdə odda sıyıq böşirin. Sıyıq qatı olmalıdır.
- Soyuducuya qoyub soyumasını gözləyin.
- 200 qram kərə yağını vanillə çalın, üzərinə sıyığı hissə-hissə töküb çalmağa davam edin.
- Kreminiz hazırdır.
- Korjları 2 hissəyə bölün və hər korja krem çəkin və kremin üstünə doğranmış qoz ləpəsi səpin.
- Üst qata krem çəkməyin.
- Qlazur hazırlamaq üçün bir qabda 100 qram kərə yağına 8 xörək q. şəkər, 2 xörək q. süd və 2 xörək q. kakao ilə qarışdırın və 5 dəqiqə odda bişirin.
- Isti halda tortun üstünə tökün.
Nuş olsun!
Köhnə reseptlə Praqa totu çətin hazırlanan şirniyyatdır.
Köhnə reseptlə Praqa totu
Hiç yorum yok:
Yorum Gönder