
Ərzaqlar
- 5 ədəd qırmızı alma
- 6 yemək qaşığı şəkər tozu
- 1 yemək qaşığı darçın
- Qoz və ya fındıq
- 6 yarpaq paxlavalıq yuxa
- İstəyə görə quru üzüm
- 1 yemək qaşığı kərəyağı
Hazırlanması
- Almaları soyub kvadrat şəklində doğrayaq, qazana qoyub üzərinə şəkəri əlavə edib bişməyə qoyaq.
- Kərəyağımızı əridək soba qabına 1 qat yuxa yerləşdirib ərimiş kərəyağından az az səpək.
- Bu şəkildə üç qat tamamlayaq.
- Daha sonra bişən almaların üzərinə darçını töküb qarışdırıb yuxaların üzərinə tökək, üzərinə qoz və ya fındığı əlavə edək, eyni şəkildə 3 qat yenə yuxa qoyaq.
- Ən üstdəki yuxanın üzərini fırça ilə yağlayaq 180° isidilmiş sobada üzəri qızarana qədər bişirək “30 dəqiqə” .
- Çıxaranda pudra şəkəri töküb servis edək.
Nuş olsun!
Almalı asan pay çox ləzzətli şirniyyatdır.
Almalı asan pay
Hiç yorum yok:
Yorum Gönder