
Ərzaqlar
- 120 qram kərə yağı
- 100 qram tünd şokolad
- 150 qram şəkər
- 4 yumurta
- 150 qram un
- 300 qram yumşaq xama
- 1 çay q. qabartma tozu
- 1 çay q. vanil
- 1 çimdik duz
- 400 qram dondurulmuş albalı
Hazırlanması
- Şokoladı əllə xırda hissələrə bölün və yağ ilə su vannasında odda əridin.
- 2 yumurta 50 qram şəkərlə mikserlə çalın, duz və vanil əlavə edin.
- Bu qarışıqları birləşdirin və qabartma tozunu ilə qarışdırılmış unu əlavə edin.
- Mikserlə aşağı sürətlə çalın.
- Xəmiriniz hazırdır.
- Soba qabını (yanları hündür olmalıdır, təxminən diametri 15 sm) yağlayın.
- Xəmirin 1/3 hissəsini qaba töküb hamarlayın.
- Xamalı qarışığın yarısını xəmirin üstünə tökün və tumu təmizlənmiş albalının yarısını üstünə əlavə edin.
- Bu prosesi təkrarlayın.
- Üst qatda xəmir olmalıdır.
- Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 40-50 dəqiqə bişirin.
- Hazır olub-olmadığını taxta çöp ilə yoxlayın.
Nuş olsun!
Kəsmikli-albalılı baraun şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Kəsmikli-albalılı baraun
Hiç yorum yok:
Yorum Gönder