
Ərzaqlar
- 396 qram bişmiş süd
- 2 su stəkanı 33-35%-li qaymaq
- 1 paket vanil
- 1 xörək q. su
- 2 xörək q. üyüdülmüş kofe
- 6 xörək q. şokolad şirəsi
- 3 xörək q. kərə yağı
- 226 qram yağlı pendir (maskorponi də ola bilər)
- 20 ədəd şokoladlı peçenye
Hazırlanması
- Dördkünc qab götürün və içinə qida kağızı qoyun.
- Peçenyeləri ovaraq yağla qarışdıırın.
- Qaba töküb hamarlayın.
- Yağlı pendiri mikserlə çalın.
- Bişmiş süd və vanil əlavə edin.
- Qaymağı da başqa qabda mikserlə çalın və bişmiş südlü yağlı pendirə əlavə edin.
- Bu qarışığı 2 hissəyə bölün.
- Kofeni 1 xörək q. qaynar suda qarışdırın və 2 hissəyə böldüyünüz qarışığın birinə qatıb qarışdıırn.
- Peçenyenin üstünə əvvəlcə kofeli qarışıqdan, sonra şokolad siropundan töküb qarışdırın.
- Sonra növbə ilə ağ qarışıqdan, kofeli qarışıqdan və üstündən şokolad şirəsindən tökün.
- 6 saat soyuducuda saxlayın.
- Deserti serviz edəndə qaynar suda isladılmış piçaq ilə kəsin
Nuş olsun!
Dondurulmuş mokko deserti çox dadlı şirniyyatdır.
Dondurulmuş mokko deserti
Hiç yorum yok:
Yorum Gönder