
Ərzaqlar
- 500 qram yumşaq kəsmik
- 300 qram 10%-li xama
- 30 qram jelatin
- Şəkər zövqə görə
- Meyvə mövsümə uyğun
Hazırlanması
- Xama və kəsmiyi yaxşı qarışdırın.
- Üzərinə şəkər və ya bal zövqə görə əlavə edin.
- Jelatini su ilə isladıb şişməyini gözləyin.
- Sonra aşağı odda qaynayana qədər qarışdırın.
- Jelatin suda tam həll olmalıdır.
- Jelatini kəsmikli-xamalı qarışığa əlavə edin və yaxşı qarışdırın.
- Desert hazırlayacağınız qaba giləmeyvəni düzün.
- Üstünə kəsmikli-xamalı qarışığı əlavə edin və 1-2 saat soyuducuda saxlayın.
- Servis etdikdə üstünü giləmeyvə ilə bəzəyə bilərsiniz.
Nuş olsun!
Kəsmikli desert tez hazırlanan şirniyyatdır.
Tez hazırlanan kəsmikli desert
Hiç yorum yok:
Yorum Gönder