Ərzaqlar
- 140 qram un
- 350 qram kərə yağı
- 400 qram şəkər
- 2 yumurta
- 75 qram şokolad
- 100 qram bişmiş süd
- 60 qram yumurta ağı
- ½ çay q. limon duzu
- 1 paket vanil
- 4 qram aqar-aqar jelatin əvəzedici
Directions
- Aqar-aqarı 140 qram suda 2-3 saat isladın.
- 100 qram kərə yağını 100 qram şəkər ilə çalın, 2 yumurta, yarım paket vanil və unu əlavə edin və qarışdırın.
- Xəmiri iki hissəyə bölün.
- Yumru formada olan soba qabına yağlı kağız qoyun.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada növbə ilə 10 dəqiqə bişirin.
- 200 qram kərə yağı və bişmiş südü, qalan vanillə çalın.
- Aqar-aqarı odda qaynayana qədər qarışdırın, oddan götürməmək şərti ilə üzərinə 300 qram şəkər əlavə edin və qaynayana qədər qarışdırın.
- Sipop bal halında olmalıdır.
- Kənara qoyub soyumasını gözləyin.
- Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, limon duzu əlavə edib bərkiyənə qədər çalmağa davam edin.
- Üzərinə isti siropu əlavə edin.
- Və bərkiyənə qədər mikserlə çalın.
- Mikserin sürətini azaldın və südlü-yağlı vanilli qarışığı əlavə edin.
- Bir kütlə alınanda sufleniz hazırdır.
- Tort hazırlayacağınız qaba korjun birini qoyun, üstünə suflenin yarısını tökün, 2-ci korju qoyun və qalan sufleni üstünə tökün.
- Soyuducuda 3-4 saat saxlayın ki, sufle bərkisin.
- Şokoladı 50 qram yağ ilə odda əridin və şokoladlı qlazuru tortun üstünə tökün və 30 dəqiqə soyucuda saxlayın.
- Qus südü tortu servisə hazırdır.
Nuş olsun!
Quş südü tortu
Hiç yorum yok:
Yorum Gönder